14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərində ittiham edilən Fərhad Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
yenisehife.az "oxu.az”a istinadən xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə təyin ediləcək.
İttihama görə, hadisə ötən il Bakının rayonlarından birində baş verib. F.Nəcəfov yetkinlik yaşına çatmayan qızı Firəngiz Nəcəfovaya (ad-soyad şərtidir) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Həbs edilən F.Nəcəfov barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.