Yeni Səhifə

XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar

Tarix:Dün, 17:50 Baxış Sayı:66 Kateqoriya:Gündəm / Cəmiyyət

XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar

Rafael Nuriyev: “Düşmən dünən öldürdüyünü güman etdiyi xüsusi təyinatlımızın bu gün onunla döyüşdüyünü deyirdi”

Haqlı olaraq Vətən müharibəsi adlandırılan İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin şəhər və kəndlərimizin düşmən işğalından azad edilməsində əhəmiyyətli xidmətləri olmuşdur. 2020-ci il 8 noyabrda Prezident İlham Əliyev XTQ generalı Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik etmişdir. Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilmişdir. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilmişdir. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilmişdir. Azərbaycan xüsusi təyinatlıları ümumilikdə Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u "Maroon beret" sertifikatı qazanır. Kursantlara günlərlə ac və susuz qalsalar da həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər. Qurbağa və ilan kimi tapdıqları hər şeyi yeməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar. Zabitlər gizir rütbəsi altında fəaliyyət göstərirlər.

XTQ hərbçilərinin ara-sıra mediada rast gəlinən müsahibələri həm müharibənin dəhşətləri, həm də döyüşçülərimizin şücaəti haqda təsəvvürlərimizi dəqiqləşdirməyə kömək edir.

Səhifəmizin qonağı – Nuriyev Rafael Mikayıl oğlu 1978-ci ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olmuşdur. 1996-cı ildə əsgərliyə çağırılmış və Naxçıvan Muxtar Respublikasında artilleriya qoşunlarında həqiqi hərbi xidmətə başlamışdır. 2000-ci ilin may ayında Xüsusi Təyinatlı Qoşunlarının təlim kurslarına qatılmış və həmin ildən etibarən xüsusi təyinatlı kimi Vətənin ərazi bütövlüyünün bərpası üçün bütün təlimlərdə iştirak etmişdir.

Rafael Nuriyev Vətən müharibəsində keçdiyi döyüş yolundan danışır:

“2020-ci ilin 27 sentyabrında Azərbaycan silahlı qüvvələri genişmiqyaslı əks hücum əməliyyatlarına başladı. Beləliklə, 30 il hamımızın gözlədiyimiz, torpaqlarımızın işğaldan azad olunmasına səsləyən əmr gəldi. Biz ilk əvvəl Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını almağa başladıq. Murov istiqamətində əsas yüksəkliklər ələ keçiriləndən sonra artıq düşmən anlamışdı ki, Azərbaycan əsgərinin qarşıdında qarlı dağlar maneə ola bilməz. Çünki Azərbaycan əsgəri haqq üçün savaşırdı. Öz torpaqlarını yağı tapdağından azad etmək üçün hər çətinliyə sinə gərməyə hazırdı.

Murov silsiləsindən sonra bizə Füzuli-Cəbrayıl istiqaməti üzrə hərəkət etmək üçün növbəti tapşırıq verildi. Cəbratyıl istiqamətində döyüşlərlərdə hərbçilərimizin göstərdikləri şücaət, cəsarət, əzm düşmən əsgərini geri çəkilməyə məcbur etdi. Düşmənin geriləməsi biz xüsusi təyinatlılara stimul verirdi ki, ərazilərimizi daha sürətli templə azad edək.

Füzuli-Cəbrayıl istiqamətindədə düşmənin əsas gücləndirilmiş istehkam möveləri var idi. Amma bu, onlar üçün yetərli olmadı. Ermənilərin “Ohanyan xətti” deyilən bir neçə cəbhədə hücum edən qüvvələrimizin qarşısını ala bilmədi. Çünki Azərbaycan əsgərində Vətənə sevgi, toprağa bağlılıüq var idi.
Cəbrayıl azad olunandan sonra növbəti istiqamət Xocavəndin Hadrut qəsəbəsi idi. Hadruta getmək üçün yol Daşkəsən kəndindən keçirdi, orada isə düşmənin böyük bir hərbi hissəsi var idi. İlk öncə həmin hərbi hissə məhv edilməli idi. Xüsusi təyinatlı bölmələrimiz qısa müddət ərzində hərbi hissəni düşməndən təmizləyib ələ keçirdi. Yol Hadruta doğru aparırdı. Hadrutun azad olunması o demək olacaqdı ki, Şuşa uğrunda mücadiləyə başlamaq olar.

Hadrut istiqamətində irəliləyərkən, 30 nəfər əsgərlə ehtiyatda olan baş gizir Yunusov Raminlə meşələrdən keçməli olduq. Ehtimal olunurdu ki, həmin meşələrdə düşmən çoxlu mina basdırıb. Xüsusi təyinatlılarımız onları aşkarlayaraq, səssiz şəkildə Hadrutun ətrafında mövqeləndi. Hadruta hücum olun anda Ramin və mən, bizimlə birgə 30 nəfər xüsusi təyinatlı əsgərimiz düşmən pusqusuna düşdük. Əsgərlərimizdə əminlik vardı ki, düşmən bizi pusquya sala bilər, amma cəsarətləri olmaz atəş açmağa. Doğrudan, elə də oldu. Bir nəfərimizin də burnu qanamadan düşməni məhv edib, yola davam elədik.

Qorxudan qaçan düşmənin çoxlu sayda zirehli texnikası qalmışdı. Həmin texnikanı düşmənin özünə qarşı istifadə edirdik. Döyüş yoldaşımız Hüseynov Nurlan orda şəhid oldu. Gözümüz önündə yoldaşlarımızın şəhid olması və yaralanması bizdə daha çox qisas hissi yaradırdı. Döyüş yoldaşımıza intiqam alacağımıza dair verdiyimiz sözü tutmaq üçün daha böyük əzmlə döyüşə atılırdıq.

Hadrutun ardınca Tuğ kəndi işğaldan azad olundu. Çiyindaşımız Şükürov Anar Mehman oğlunun ən böyük arzusu həmin kəndi azad görmək idi. Tuğ azaazad olunanda eşitdim ki, Anar şəhadətə yüksəlib. Düzdü, özü görmədi, amma təsəlli tapırdım ki, qanı yerdə qalmadı.

Hamı bilirdi ki, növbəti istiqamət Şuşadır. Hamı bir-birindən halallıq alırdı. Ən çox edilən xahiş bu idi: “Mən yaralı olsam belə, məni Şuşaya çatdırın. Hətta ölsəm, meyidimi də. Qoy, mənim nəşim Şuşadan götürülsün. Ermənilər deyirdilər ki, dünən məhv ertdiyimiz Azərbaycan xüsusi təyinatlısı bu gün bizimlə döyüşürdü. Qolu qopurdu, ayağı qırılırdı, yenə üstümüzə gəlirdi. Bu, boş yerə deyilmirdi, şişirdilmiş məlumat deyildi. Çünki Azərbaycan xüsusi təyinatlısı heç bir şəhidini yerdə qoymurdu, özü ilə aparırdı, təhvil verirdi. Bunu da görən düşmən vahiməyə düşürdü. O, hər bir xüsusi təyinatlımızı eyni simada görürdü.

Tuğdan sonra Böyük Tağlar azad olundu və eyni vaxtda həm Şuşa, həm Qırmızı Bazar istiqamətində döyüşlər davam etdirildi. Qırmızı Bazar uğrunda gedən döyüşlər daha şiddətli idi, orada düşmənin böyük kəmiyyətdə qüvvəsi yerləşirdi. Hər iki istiqamətdə döyüşlər davam etdi. Böyük Tağlardan hərəkətə başlayanda növbəti hədəfimiz olan Çanaqçı və Mədətkəndə doğru indiki Zəfər Yolunun keçdiyi meşədən keçdik. Çanaqçı azad ediləndən sonra Sığnaq kəndi və daha sonra da Daşaltı istiqamətində qalibiyyətli döyüşlər apardıq. Düşmən elə bilirdi ki, Şuşanın o qayalarına heç kəs qalxa bilməz. Amma Azərbaycan xüsusi təyinatlıları sübut elədilər ki, onlar istədikləri maneəni aşa bilərlər, bildilər də...”

Rafael Nuriyev döyüş əməliyyatlarında iki dəfə yaralanıb. Onun XTQ hərbçilərinin özlərinə tibb yardım göstərmələrinə dair maraqlı məlumat verir:

“İlk dəfə oktyabr ayının 10-u Hadrutda minamyot atəşinə məruz qaldıq. Orda travma aldım. Özüm özümə ilk tibbi yardımı göstərdim və döyüşə davam elədim. İkinci dəfə Şuşada, Dasaltıda ilkin tibbi yardımla kifayətləndim. Hadrutda mənə sarğı qoyan həkimlər yaralının hansı qoşun növündə xidmət etdiyini soruşurdular. Xüsusi təyinatlı olduğunu öyrənəndə onu kənara qoyub başqa bölmələrin əsgərlərinə ilkin yardım göstərirdilər. Bu ayrı-seçkilik bizdə qıcıq yaradırdı. Səbəbini soruşanda deyirdilər ki, xüsusi təyinatlı qoşunların hərbçiləri bir-birinə elə tibbi yardım göstərirlər ki, bizim müdaxiləmizə ehtiyac qalmılr, yox əgər yara ciddidirsə, yaralı birbaşa ixtisaslaşdırılmış hospitala göndərilir. Həqiqətən də bizim xüsusi təyinatlıların döyüş qabiliyyəti mükəmməl olduğu kimi, ilkin tibbi yardım bilgiləri də yetərlidir, hətta lazım gələndə yaralının üzərində “səhra cərrahiyyəsi” də apara bilirlər ki, o, döyüş funksiyalarını bərpa edib missiyasını davam etdirə bilsin...”

Rafael Nuriyev indi – dinc dövrdə də şəhid ailələri üzvləri və qazi qardaşları ilə təmasdadır:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qəbul otağı”nda xalqımızın, millətimizin həssas təbəqəsinin nümayəndələrinə xidmət göstərirəm. Biz döyüşlərdə böyük, şərəfli yol keçdiyimiz kimi, Vətənimizə bağlılığımızı əlimizdə silah yerinə yetirdiyimiz kimi, dinc dövrdə də xalqımız üçüm əlimizdən gələni etməyə çalışırıq”.

Söhbətləşdi: jurnalist Sevil Mikayılqızı

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı