
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
YENİSEHİFE.AZ istinadən xəbər verir ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şahidlərin "Report"a verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib. Bildirilir ki, güllə müəllimənin boyun nayihəsinə dəyib.