
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.
YENISEHIFE.AZ xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Qeyd olunub ki, Ərdoğan həmkarları ilə regiondakı son vəziyyəti müzakirə edib. Türkiyə Prezidenti BƏƏ-yə hücumlara görə təəssüf etdiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Daha əvvəl Ərdoğanla ABŞ-dən olan həmkarı Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutmuşdu.