Tanınmış həkim-bəstəkar Şahin Musaoğlu Azərbaycan Yazıçılar Birliyində komisiya sədri təyin edilib.
Bu barədə Publika.az-a hərbi-vətənpərvərlik ruhunda mahnıların müəllifi kimi tanınan Şahin Musaoğlu məlumat verib.
Qeyd edək ki, Ş.Musaoğlu "İgid əsgər möhkəm dayan", "Cənab leytenant", "Əsgər - Vətən əmanəti", "And içirik", bir sözlə hərbi mahnıların əksəriyyətinin söz və musiqisinin müəllifidir.
O, həm də özəl klinikalarda Şüa–diaqnostika şöbəsinin müdiri və poliklinika müdiri vəzifəsində də çalışıb.