Yeni Səhifə

"Azərbaycanlıların arasında oturmaq istəyirdim" - Təxribatçı erməni danışdı - Video

Tarix:5-10-2019, 23:27 Baxış Sayı:103 Kateqoriya:Cəmiyyət

"Azərbaycanlıların arasında oturmaq istəyirdim" - Təxribatçı erməni danışdı - Video
"Birinci erməni cəbhəsi" fanat hərəkatının üzvü Spartak Adamyan Avropa Liqasının qrup mərhələsinin II turunun "Düdelanj" - "Qarabağ" oyununda törətdiyi təxribatdan danışıb.
yenisehife.az sportinfo.az-a istinadən xəbər verir ki, bunu çoxdan planlaşdırdığını deyən erməni dronu stadionun yaxınlığındakı evlərdən birinin damından idarə etdiklərini bildirib:

"Bunu çoxdan planlaşdırırdıq. "Qarabağ"ın "Düdelanj"la oynadığını biləndə dərhal qərara aldıq ki, ora gedək və istəyimizi həyata keçirək. Mxitaryanın Bakıdakı Avroliqa finalında oynamamasını unutmamışıq. Biz də öz növbəmizdə sübut etrmək istəyirdik ki, bunu qarşılıqsız qoymarıq".

Adamyan ideyanı həyata keçirmək üçün 4 nəfərin xidmətindən istifadə etdiklərini deyib:

"Mənim dronu idarə etmək təcrübəm yoxdur. Öz dostumdan bu işdə mənə kömək etməsini xahiş etdim. Sevinc hissi ilə razılaşdı. İdeyanı həyata keçirmək üçün bizə 4 nəfər adam lazım idi. Biri stadionda baş verənləri videoya çəkməli, digəri stadiondakı vəziyyətlə bağlı operativ məlumat verməli idi. Nəticədə iki qrupa bölündük. Üçüncü adam qonşu evin damında, dördüncü isə stadionda idi. Əvvəlcə azərbaycanlılarla eyni sektorda oturmaq istədik. Amma onlar bizim erməni olduğumuzu anlaya bilərdilər. Ona görə də fərqli plan qurduq.

Hər şey plan üzrə getdi. İstədiyimizi əldə etdikdən sonra dronu geri çağırdıq, onu sakitcə maşına qoyub, getdik. Mən dostumla birlikdə "Düdelanj" fanatlarının oturduğu sektorda idim. Azərbaycanlılar isə qarşı sektorda. Futbolçuların topla dronu necə vurmaq istədiklərini görürdük. Hər şey bitdikdən sonra sakitcə stadiondan çıxdıq".

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı