Yeni Səhifə

Yağ adı altında yediyimiz kimyəvi qatqılar - DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Tarix:10-12-2019, 11:19 Baxış Sayı:83 Kateqoriya:Cəmiyyət

Yağ adı altında yediyimiz kimyəvi qatqılar - DƏHŞƏTLİ FAKTLAR - VİDEO
Marketlərdə hansı adda istəsən, mənşəyi bilinməyən duru yağlar satışdadır. Qiyməti də 1 litri 2-3 manat. Bu yağın ucuzluğu sözsüz ki, müştəriləri cəlb etməyə bilməz. Ancaq sual yaranır ki, keyfiyyəti necədir?

Mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Eyyub Hüseynov – AİB sədri: "Adətən əmtəə bazarına çox yaxşı bir brend kimi girirlər. İstehlakçının necə deyərlər simpatiyasını qazanırlar. Sonra onun saxta variantlarını distribütorlar özləri gətirirlər. Neçə illərdir biz bunu müşahidə edirik. Azad istehlakçılar birliyinin təsiri ilə bəzi yağlar hətta satışdan çıxarılıb artıq. Ərəb əmirliklərindən gətirilən”.

Sakin: "1 kq günəbaxanı əkmək üçün xeyli miqdarda əkin sahəsi lazımdır. Bəs onun bazarda kilosu neçəyədir? Neçə kiloqramdan 1 litr yağ almaq olar? Şübhəlidir ki, o günə baxan yağı deyil”.

İsa Əliyev – Qida mühəndisi: "Çox ucuz qiymətə yağlar satılır ki, onların mənşəyi heç bir şəkildə bəlli deyil. Adını qoyurlar günəbaxan yağı və yaxud da qarğıdalı yağı, amma içində soya yağı var, palma yağı var və yaxud da pambıq yağı var. Bu bitkisəl yağlar günəbaxan, qarğıdalı yağından daha az qida dəyəri olan yağlardır”.

Mövzu ilə bağlı sözügedən yağların satışını həyata keçirən supermarketlərin nümayəndələri danışmaq istəmədilər. Ona görə də, əsasən Rusiya və Türkiyə istehsalı olan bu yağların idxalçı şirkətlərini axtarmaq qərarına gəldik.

Eyyub Hüseynov – AİB sədri: "2 il öncə Rusiyadan idxal olunan yağın ekspertizasını keçirtdik. Məlum oldu ki, o heç də üzərində yazıldığı kimi qarğıdalı yağı deyil. Digər yağların qarışığıdır. Bir sözlə yağ bazarı həddindən artıq çirklənmiş bir bazardır. İstehlakçının əlbəttə hüquqları pozulur”.
İsa Əliyev – Qida mühəndisi: "Ekonomik seqmentə necə hakim olma müharibələri gedir. Yəni daha ucuz malı mən bazara daxil edəcəm, o məhsula günəbaxan yağının aromasını vuracam, qarğıdalı yağının aromasını vuracam. Biraz rəngləndirəcəm, orijinalına yaxın gösərəcəm və insanlara daha ucuz yağ satacam”.

Ucuz ətin şorbası olmadığı kimi, ucuz yağın da keyfiyyətinə əsaslı şübhələr var. Amma yenə də seçim alıcılarındır...

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı