Yeni Səhifə

Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı açıqlama yaydı

Tarix:11-12-2019, 16:47 Baxış Sayı:79 Kateqoriya:Cəmiyyət

Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı açıqlama yaydı
Heydər Əliyev Fondu Oqtay Gülalıyevlə bağlı növbəti məlumat yayıb.

Fonddan verilən məlumatda bildirilir ki, Heydər Əliyev Fondu qeyri-hökumət təşkilatı olaraq 2004-cü ildən etibarən vətəndaşlara ayrı-ayrı sahələrdə, xüsusilə də humanitar sahədə müxtəlif zəruri dəstək göstərib və bu istiqamətdə fəaliyyət bu gün də davam etməkdədir.

“Yardıma ehtiyacı olan hər bir kəsin yanında olmağı öz başlıca missiyası hesab edən Heydər Əliyev Fondu ötən müddət ərzində təkcə səhiyyə sahəsində 10 minlərlə insanın müraciətinə baxıb, müvafiq köməklik göstərib. Heydər Əliyev Fondu yardım etməyi, xüsusən ağır vəziyyətdə olan insanlara dəstək olmağı öz vətəndaş borcu kimi qəbul edib, bundan siyasi dividentlər əldə etməyi, təbliğat mənbəyinə çevirməyi deyil, əksinə müraciət edən bütün şəxslərə zəruri köməklik göstərməyi özünün əsas məqsədi kimi seçib.

Hazırda Heydər Əliyev Fondu aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə zəruri yardım göstərməkdədir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir.

Belə ki, Oqtay Gülalıyevin Bakıdakı müalicəsinə dəstək məqsədilə Türkiyədən mütəxəssislər cəlb edilib, daha sonra ailə üzvlərinin Oqtay Gülalıyevin müalicəsini Türkiyədə davam etdirmək istəyi nəzərə alınaraq, noyabrın 6-da o, Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında xüsusi ambulans təyyarə ilə İstanbula yola salınaraq, orada Avrasiya klinikasına yerləşdirilib. Bir müddət sonra ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına köçürülməsi ilə bağlı Fonda müraciət edib. Noyabrın 19-da İstanbulda Amerikan Xəstəxanasına yerləşdirilən Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb. Hazırda Oqtay Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Amerikan Xəstəxanasında davam edir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun daxili qaydalarına uyğun olaraq müalicə müəssisəsi hər 10 gündən bir xəstənin səhhəti ilə bağlı Fonda hesabat təqdim edir. Bu hesabatlara əsasən müalicənin dinamikasına uyğun olaraq xəstəyə Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.

Amerikan Xəstəxanasından dekabrın 9-da göndərilmiş növbəti 10 günün hesabatına əsasən, koma vəziyyətində olan Oqtay Gülalıyevin ağciyər və qanında infeksiya var və buna uyğun müalicə tətbiq olunmaqdadır. Xəstənin hazırkı vəziyyətini və həkimlərin rəyini nəzərə alan Heydər Əliyev Fondu müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanı məlumatlandırıb. Bildirilib ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə kömək göstərmək, ailəsinə bu çətin günlərdə mənəvi dəstək olmağa çalışır.

Qeyd olunanları nəzərə alaraq, Heydər Əliyev Fondu bir daha özünün humanist, hər bir zaman istənilən vətəndaşın yanında olmaq niyyətini bəyan edir, xəstənin indiki durumunda ayrı-ayrı şəxslərin müxtəlif maraqlardan çıxış edərək hər hansı siyasi spekulyasilayar etməsinə qarşı olduğunu bildirir”, - deyə məlumatda qeyd olunur.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı