Yeni Səhifə

İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi: "Səni heç vaxt bağışlamayacam"

Tarix:14-12-2019, 23:08 Baxış Sayı:86 Kateqoriya:Cəmiyyət

İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi: "Səni heç vaxt bağışlamayacam"
İstanbulda Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun qətli işi üzrə məhkəmə prosesi keçirilir.

Türkiyə mediası xəbər verir ki, Etimad İsmayılovu qətlə yetirən 63 yaşlı keçmiş polis rəisi Gözəl Dəmirov və cinayətdə ona yardım etməkdə təqsirləndirilən Barış Aslan adlı şəxs müttəhimlər kürsüsündə dayanıblar. Ötən gün keçirilən məhkəmə prosesində E.İsmayılovun atası İlyas İsmayılov da iştirak edib.

G.Dəmirov istintaqa verdiyi ifadəsini təkrar edərək deyib ki, E.İsmayılovu "məcburən” öldürüb. Çünki ona 4 milyon dollarlıq borc haqda sənədi "zorla imzalatmışdı” və həmin pulları almaq üçün davamlı təhdidlər edirdi.

"Tez-tez mənə zəng vurur, təhdid edirdi. Telefonda mənə Floryadakı evimdən uşaqlarımı, nəvələrimi oğurladacağını deyirdi. Artıq ağlını itirmişdi. Həmin gün ofisə çağırdı. Telefonla kiminləsə danışdı, "harada qaldınız, gəlin bunu götürün” dedi. Etimad 2018-ci ilin martında bir azərbaycanlı iş adamından 5 milyon dollar istədi. Adam pulu tapa bilməyəndə Bursada cipini yandırdı. Mən onun ofisinə gedərkən yolüstü evə baş çəkdim, hədiyyə verilmiş silahımı hər ehtimala qarşı yanımda götürdüm. Ofisə getdim, mənə söydüyü söyüşləri dilə gətirmək mümkün deyil. Ondan şikayət etsəm xeyri olmaaycaqdı, heç kim mənə kömək etməyəcəkdi. Mənə "səni indi Gürpınara aparacaqlar” dedi, sonra azyaşlı qız nəvəmin başına oyun açacaqlarını bildirdi. Digər nəvəm Dəmirin barmaqlarını kəsəcəklərini dedi. Birdən ayağa qalxdı, sağ əlini cibinə atdı. Mən də silahımı aldım. Ona atəş açdım. Əlindəkinin telefon olduğunu sonradan gördüm. Başqa yolum yox idi”,-Dəmirov ifadəsində deyib.

O, daha sonra Etimadın atasından üzr istəyib: "Atası buradadır. Azərbaycanın ən hörmətli insanlarından biridir. Ondan çox üzr istəyirəm. O da Etimadın necə adam olduğunu bilir. İndi çox peşimanam, kaş bu hadisə baş verməməydi. Hadisədən sonra maşına minib sürücümlə Beşiktaşa getdim. Oğluma telefonla baş verənləri danışdım. Qaçmaq istəsəydim yarım saat ərzində İstanbuldan çıxardım, amma ailəm buradadır. Beşiktaşda bir kafedə oturduq. Barışa dedim sən ailəmin yanında ol, mən taksiyə minib təslim olmağa gedəcəyəm. Əgər əvvəlcədən öldürmək planım olsaydı xaricdən adam çağırarıb öldürdərdim...”
İlyas İsmayılov isə ifadəsində təqsirləndirilən şəxsin onun oğlu haqda dediklərinin yalan olduğunu bildirib. "Mən türk ədalətinə inanıram. Oğlum onun danışdıqları kimi biri deyildi. Sözünün üstündə duran, mərd, dürüst adam idi. Öz pulu ilə Somalidə uşaqlar üçün artezianlar qazdırmışdı. İmzaladığı müqavilələrdə yetimxanalarda yardım haqda bənd qoyurdu. Əgər şübhəli məsələni əvvəlcədən mənə desəydi oğlumla danışardım, işi yoluna qoyardım. Mənim bir sözümü iki etməzdi. Səni heç vaxt bağışlamayacam”,-o qatilə üz tutaraq deyib.

Məhkəmə Gözəl Dəmirovun məhkəmə istintaqı müddətində sərbst buraxılması haqda vəsadəti təmin etməyib, Barış Aslanın isə barəsində başqa yerə getməmək haqda iltizam alınıb. Proses davam edir.

Xatırladaq ki, bu cinayət 2018-ci ilin sentyabrında İstanbulun Florya məhəlləsində baş verib.(virtualaz.org)

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı