Yeni Səhifə

Yeni İli Bakı restoranlarında qarşılamaq neçəyə başa gəlir? - İNANILMAZ QİYMƏTLƏR

Tarix:20-12-2019, 11:58 Baxış Sayı:80 Kateqoriya:Cəmiyyət

Yeni İli Bakı restoranlarında qarşılamaq neçəyə başa gəlir? - İNANILMAZ QİYMƏTLƏR
Yeni ilin gəlişinə sayılı günlər qalıb. Bayramı təmtəraqlı keçirmək istəyənlər əsasən restoranlara və əyləncə mərkəzlərinə üz tuturlar. Bəs həmin məkanlarda qiymətlər necədir?

Publika.az saytı olaraq kiçik araşdırma apardıq. Restoranların əksəriyyətində qiymət fərqi stolun səhnəyə yaxın və ya uzaq olmasından asılı olaraq dəyişir. Belə ki, şou-proqramı yaxından izləmək istəyənlər daha çox pul xərcləməli olacaqlar.

Rövşən Əliyev 46 ünvanındakı Bakı Əyləncə Mərkəzində qiymətlər səhnə ilə məsafədən asılı şəkildə dəyişir: 80-150 manat. Menyuya toy menyusuna aid hər şey daxildir. Restoranın administratorundan 2-3 nəfər üçün endirimin olub-olmayacağını soruşduqda bu cavabı aldıq: "İki-üç nəfərə nə endirim olacaq? 10-15 nəfər deyilsiniz. Bir masanı tam tutanda endirim olur". Qiymətə proqram da daxildir. Qonaqlar Rüfət Axundov, İzzət Bağırov, Səməd Səmədov, Səidə Dadaşova, İlqar Sail, oriental rəqs qrupu olacaq. Uşaqlar üçün robot şou, Şaxta baba və Qar qızın iştirakı, animatorlar, D&J (səhərə qədər diskoteka) də nəzərdə tutulub.

Azadlıq 1 ünvanında yerləşən "Hilton Baku Hotel"də bayram şənliyinin 1 nəfərlik qiyməti 130 manatdır. Bura açıq bufet, canlı musiqi və dj-in ifası daxildir. Proqram 20:00-dan 02:00-a qədər davam edəcək.
Yeni ili Gülbala Əliyev 24 küçəsində yerləşən "Oazis" restoranında qarşılamaq istəyirsinizsə, bir nəfərlik menyunun qiyməti 150 manatdır. Qiymətə şou-proqram da daxildir. Proqramın qonaqları isə Ramil Nabran, Qurd, İzzət Bağırov, Nadir Qafarzadə, Niyam Salami, Əhməd Mustafayev, Səməd Səmədov olacaq.

Azadlıq metrosunun yaxınlığında yerləşən "Cratos"da isə qiymətlər 150-250 manat arasında dəyişir. Səhnəyə ən yaxın yer 250 manatdır. Menyuya isti-soyuq yeməklər, spirtli içkilər daxildir. Şou-proqramın qonaqları Xalq artisti Faiq Ağayev, Şəbnəm Tovuzlu, Damla, Əhməd Mustafayev və digərləri olacaq.
Mikayıl Əliyev 9 ünvanındakı "Neolit" restoranının hazırladığı bayram tədbirində bir nəfərlik menyu 250 manatdır. Qiymətə proqram da daxildir. 3 nəfərlik xidmətə 100 manat endirim oluna bilər. Şou-proqrama Natavan Həbibi, Şəbnəm Tovuzlu, Damla, Ceyhun Bakinskiy, Kərim Abbasov, Səidə Sultan, Ədalət Şükürov, Elvin Elcan və Əminə Şirinqızının repertuarları daxildir. Qonaqları səhərə qədər diskoteka gözləyir. Aparıcılar isə Hacı Nazim və Vəfa Zeynalova olacaq.

Qəbələdə yerləşən "Qafqaz Tufandağ Hotel"də 2 günlük gecələmək daxil şənliyin qiyməti 250 manatdır. Menyuya isti və soyuq yeməklər, həmçinin içkilər daxildir. Şou-proqramın qonaqları Manana və Elçin olacaq.

Rüstəm Rüstəmov 54 ünvanında fəaliyyət göstərən "Neon Palace"da səhnəyə ən yaxın yerin qiyməti 300 manatdır. 3 nəfər səhnəyə yaxın məkanda əyləşib bayramı qeyd etmək istəsə, 650 manat ödəyə bilər. Şou-proqrama əcnəbilərdən Safiye Soyman, Faik Öztürk, İrandan isə Afşin Azəri qatılacaq. Faiq Ağayev, Nadir Qafarzadə və Mətanət İsgəndərlini görmək istəyənlər də məkana üz tuta bilər.

Neftçilər 1 prospektində yerləşən "Four Seasons Hotel Baku"nun tərkibində fəaliyyət göstərən "Caspian" restoranında Yeni il şənliyini qeyd etmək istəyirsinizsə, 250 və 500 manatlıq paket təqdim olunacaq. 250 manatlıq paketə yemək və alkoqolsuz içkilər, 500 manatlıq paketə isə yeməklər və spirtli içkilər daxildir. 500 manatlıq paketdə 5 set menyu tərkibli İtaliya mətbəxindən olan yeməklər təklif edilir. Menyuya aiddir: hamaçi tartar, turşu qovurma, bambuklu ravioli, Sibir balığı, desert olaraq isə trüfel biskviti.

Şou-proqrama canlı musiqi və lotereya daxildir. Həmçinin "Dərviş" qrupu qonaq qismində iştirak edəcək. Tədbir saat 20:00-dan gecə 01:00-a qədər, canlı musiqi isə 20:00-dan 00:30-a qədər davam edəcək. 5 yaşa qədər uşaqlar pulsuz iştirak edə biləcəklər. 6-12 yaşlılar üçün isə qiymətlərə 50% endirim olacaq.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı