Qarabag Media

Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova qarşı İTTİHAMLAR

Tarix:28-12-2019, 15:06 Baxış Sayı:87 Kateqoriya:Cəmiyyət

Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova qarşı İTTİHAMLAR
Məktəb və bağçaların həyəti ovaxtkı nazir Misir Mərdanov tərəfindən ayrı-ayrı iş adamlarına satılıb.

Bunu Modern.az-a açıqlamasında həmin dövrdə Bakı Baş Təhsil İdarəsinin Strateji planlaşdırma şöbəsində çalışan Nadir İsrafilov bildirib.

N.İsrafilov dediklərinin Misir Mərdanov vəzifəsindən azad olunub deyə, "baltalayırlar” kimi anlaşılmasını istəmir:

"Mənim dediklərim həqiqətdir. Misir Mərdanov təhsilimizi elə günə qoyub ki, hələ də vəziyyəti tam düzəldə bilmirik. Mən o vaxt Bakı Baş Təhsil İdarəsində Strateji araşdırmalar şöbəsində çalışırdım.

2006-cı ildə Prezidentin rayon təhsil şöbələrinin ləğv edilməsi haqqında sərəncamından sonra Bakıda 11 rayonun təhsil şöbəsi ləğv olundu.

Nazirlər Kabinetinin qərarı ilə Bakı Baş Təhsil İdarəsinin bazasında yeni qurum - Təhsil Nazirliyi yanında Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradıldı. Məhəbbət Qarabağlı oraya rəhbər təyin edildi”.

"Bağçaların, məktəblərin həyəti satıldı”

Ekspert qeyd edib ki, o vaxt Təhsil İdarəsi məktəb ərazilərinin zəbt olunması ilə bağlı geniş yoxlama keçirib:

"Məlum oldu ki, 30-ə qədər məktəbin ərazisi qanunsuz zəbt edilib. Bu məsələni rəsmi olaraq həll etmək mümkün olmadı. O vaxt məktəblərin texniki pasportları var idi. Texniki pasportlarda bütün məktəbin ərazisi kvadratmetrinə qədər göstərilirdi.

Nazir Misir Mərdanov pasportların kiril əlifbasında olmasını əsas gətirərək, onların hamısını yığışdırdı. Bundan sonra məktəblərin ərazisini, hüdudlarını müəyyən etmək mümkün olmadı. Sonradan məlum oldu ki, məktəblərin xeyli hissəsi, stadionlar, həmçinin, uşaq bağçalarının həyəti ayrı-ayrı adamlara satılıb, yerində göydələnlər ucladılıb.

Təhsil Nazirliyinin balansında olan 300-ə qədər uşaq bağçası özəlləşdirilməyə çıxarıldı. Bunda da məqsəd özəl sektorun inkişafı, həm də bağçaların təyinatı üzrə fəaliyyət göstərməsi idi.

Özəlləşdirmədən sonra bağçaların 250-si öz təyinatı üzrə işləmədi. Bağçaları sökdülər və yerində restoran, göydələn, gözəllik salonları, məişət-xidməti evləri tikdilər. Bu işlər aşkarlananda bağçalar Təhsil nazirliyindən alındı. Ona görə də Bakıda bağçalarla bağlı defisit əmələ gəldi.

Strategiyada nəzərdə tutulub ki, məktəbəhazırlıq qrupları 2020-ci ilə qədər 90 faiz əhatə olunmalıdır. Strategiyada da göstərilib ki, hazırda şəhərlərdə 24 faiz, kəndlərdə 8 faizlik əhatəlilik var.

O vaxt bağçaların həyətində yolka ağacları, gül-çiçək, əyləcəli oyncaqlar və s. vardı. Məhz Misir Mərdanaovun dövründə bunların hamısı yox oldu. Bizim elə kəndlərimiz var ki, orada ümumiyyətlə uşaq bağçaları yoxdur. Bu da müəyyən mənada işsizliyin səbəblərindən də biridir. Buna görə də cənab Prezident yeni tikilən binların birinci mərtəbəsinin uşaq bağçaları olması üçün göstəriş verib. Doğrudur, bizdə bağçalar inkişaf edir, amma bu da özəl bağçalardır, bütün vətəndaşlar üçün əlçatan deyil”.

Misir Mərdanovu vəzifədən aparan səbəb...

N.İsrafilovun sözlərinə görə, o vaxtkı nazir Misir Mərdanov ona təqdim edilən arayışı üzə çıxarmayıb:

"Çünki 24 səhifəlik arayışın üzə çıxması ona sərf etməzdi. Araşdırma aparılan məktəblər, onlarla bağlı bütün rəqəmlərin hamısı məndə var. Həmin vaxt ört-basdır etməyə çalışsa da Misir Mərdanov məhz bu məsələlərə görə vəzifəsindən uzaqlaşdırıldı.
Çünki həmin məsələlər çox böyük rezonans doğurdu yuxarı dairələrdə. Ona görə də bağçalar Təhsil Nazirliyindən alınıb yerli İcra Hakimiyyətlərinə verildi”.

"Bağçalar Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalıdır”

Ekspert qeyd edib ki, Uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməlidir:

"Təhsilə dair strategiyaya görə təhsilin prinsipləri var: fasiləsizlik, varislik, tamlıq, ardıcıllıq. Bu prinsiplərdə tamlıq qorunmalıdır.

Məktəbəqədər təhsilin İcra Hakimiyyətlərində olması bu tamlığı pozur. Təhsilin bütün pillələri-məktbəqədər, ibtidai, orta təhsil vahid orqanizmdir. Ona görə də təhsil sistemi adlandırılır. Bu sistemin bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətində qalıb. Məktəbəqədər təhsilin yarısı İcra Hakimiyyətlərində, yarısı Təhsil Nazirliyindədir.

O vaxt Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli bağçaların Təhsil Nazirliyinə verilməsi məsələsinə münasibət bildirərkən, bunun ölkə başçısının səlahiyyətində olduğunu bildirdi. Düşünrəm ki, gec-tez bu məsələ öz həllini tapacaq. Biz İctimai Şura alaraq, təhsil sistemində tamlığı bərpa etmək üçün məktəbəqədər müəssiələrin Təhsil Nazirliyinə qaytarılmasını gündəmə gətirəcəyik”.

SON XƏBƏRLƏR
Tramp ermənilərin gözləntilərini puç etdi
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
Rəis müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib
Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb? - ŞƏRH
Bu məşhurlar estetik əməliyyatların QURBANINA çevrilib - VİDEO
Tramp və Putin danışdı
Bakıda yeni yol salınır - 1650 ağac köçürüləcək
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimlərində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər
Pensiya alanlar üçün VACİB AÇIQLAMA - Fevral ayından…
BİZ BÖYÜK HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – SEYMUR ORUCOV
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir