Yeni Səhifə

Pulları yığıb qaçan məmur icra başçısının yeznəsi çıxdı

Tarix:6-01-2020, 19:22 Baxış Sayı:56 Kateqoriya:Cəmiyyət

Pulları yığıb qaçan məmur icra başçısının yeznəsi çıxdı
"Sumqayıt Nəqliyyat” MMC-nin yoxa çıxan rəhbəri Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumudur.

Yenisabah.az xəbər verir ki, bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir. İnternet resurslarında "Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir.

"Sumqayıt Nəqliyyat” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 50 AZN olan qurum Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. Vergilər Nazirliyinin reyestr məlumatlarında MMC-nin qanuni təmsilçisi kimi Xannı Rüstəmovun adı qeyd edilib.

Sumqayıt Nəqliyyat MMC-nin yaradılması Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin olunmasından sonraya təsadüf edir. Zakir Fərəcov 2015-ci ilin sentyabrında Sumqayıta icra başçısı təyin edilib. Oktyabr ayında isə "Sumqayıt Nəqliyyat” MMC yaradılıb və Xannı Rüstəmov qurumun rəhbərliyinə gətirlib.
Xannı Rüstəmovun adı bir sıra qalmaqallarda hallanır. Bir müddət əvvəl o, Qarabağ qazilərinə problem yaratmaqda ittiham olunurdu. Bildirilirdi ki, o, qazilərin nəzarətində olan marşrut xəttini ələ keçirib. Qazilər olayla bağlı Prezidentə müraciətlərində yazırdılar:

"Sumqayıt Nəqliyyat” MMC-nin sədri Xannı Rüstəmov vətənimizin ağır günlərində könüllü olaraq cəbhə bölgəsinə getmiş və orada Sumqayıt şəhərinin adını ucaldaraq torpaqlarımız uğrunda canlarını qurban verən müharibə əlillərinə qarşı xüsusi qəddarlığı ilə fərqlənməkdədir. O, 1998-ci ildən etibarən 11 nəfər Qarabağ əlili və şəhid ailəsi tərəfindən təsis edilmiş və Sumqayıt şəhər əhalisinə nümunəvi xidməti ilə seçilən 2 saylı marşrutun müharibə əlillərinin əlindən zorla almaq üçün tutduğu vəzifəsindən sui-stifadə etməkdədir. Aşkarca rüşvət tələb edən və əlillər tərəfindən ödənilən 4000 (dörd min) manatlıq aylığa qane olmayan bu rüşvətxorun əməlləri nəticəsində müflisləşərək aciz duruma düşmüş Qarabağ əlillərini həyatlarından bezdirməyə nail olub”.

Zakir Fərəcovun müdaxiləsindən sonra Xannı Rüstəmovun qanunsuz əməlləri bir qədər səngimişdi.

Bir neçə gün əvvəl onun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərdə deyilir ki, Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.

Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki,
X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xəttlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan Xannı Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.

"Sumqayıt Nəqliyyat" MMC-dən isə bildirilib ki, Xannı Rüstəmov işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı