Yeni Səhifə

"İman adam öldürəcək biri deyildi..." - 16 yaşlı gəlinin qətlində TƏFƏRRÜATLAR

Tarix:30-01-2020, 15:37 Baxış Sayı:51 Kateqoriya:Cəmiyyət

"İman adam öldürəcək biri deyildi..." - 16 yaşlı gəlinin qətlində TƏFƏRRÜATLAR
Xəbər verdiyimiz kimi Masallıda iyirmi gün öncə toyu olan 16 yaşlı Fatimə Qəmbərova dünən öldürülüb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına görə, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun əlləri ilə F.Qəmbərovanı boğaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Masallı rayonu Təklə Bələdiyyəsinin keçmiş sədri Yusif İbrahimli Primetime.az-a açıqlamasında bildirib ki, kənd əhli hadisənin şokundadırlar:

"Axşam hadisə yerində idik. Bildiyiniz kimi hazırda araşdırmalar gedir, hələ heç kimin məlumatı yoxdur. Əhalinin yalnız şifahi məlumatları var. Lakin ailə çox normal ailə idi. Kənd camaatının gözləmədiyi bir şey oldu. Hamı kimi mən də onların toy mərasimində iştirak etdim, hər şey yolunda görünürdü. Şəxsən belə hadisənin olması mənim ağlımın ucundan da keçmirdi”.

Müsahibimiz qeyd edib ki, İman Məmmədov cinayət törədən birinə bənzəmir:

"Onun atası Nurəddin bələdiyyədə sədri olduğum dövrdə Təklə Bələdiyyə Şurasının üzvü olub. Nurəddin İmanov ali təhsilli biridir, Rusiyada, Qazaxıstanda işləyib, orda müəyyən vəzifələr icra edib. İmanın anası da tibb bacısıdır. İman özü də elə tibb qardaşı işləyirdi. Onun iki adı var – həm Bəxtiyar, həm İman. Rəsmi adı İmandır".

Y.İbrahimli həmçinin erkən nikah məsələsinə də toxunub:

"İmanın dəqiq yaşını bilmirəm, səhv etmirəmsə, 19-un içindədir. Amma qızın 16 yaşında olmasını sözün düzü, biz də bilmirdik. Deyirdilər ki, 17 yaşı var. Bilirsiniz, qanunvercilikdə 17 yaşla bağlı istisnalar var - ailə üzvlərindən kimsə xəstə ola bilər, ailə vəziyyəti pis ola bilər və s. - bunlar hamısı nəzərə alınır. Bu baxımdan erkən nikah olduğunu bilmirdik və məsələyə fikir bildirmədik. Bildiyimizə görə, Fatimənin atası rəhmətə getmişdi, anası başqası ilə ikinci dəfə ailə qurub. Və Fatiməni nənəsi saxlayıb. İman da evin bir oğlu idi. Onun özündən balaca iki bacısı da var.

Dediyim kimi çox normal ailə idilər. İman nəinki adam öldürə biləcək biri deyildi, hətta kiminsə evindən oğurluq etsin, həmyaşıdları arasında dava düşəndə dəliqanlı, qoluzorlu oğlan kimi iştirak etsin – belə bir şey olmayıb. İman çox sakit uşaq idi. Bu baxımdan kənddə hər kəs şoka düşüb. Bəlkə, kənddə Həsəndən, Hüseyndən, Əlidən gözləyərsən ki, belə bir hadisə törədə bilər. Bu ailəni yaxından tanıyıram. İmanda belə bir şey olması qeyri-mümkündür. Təxminlərimiz belədir ki, ailə-məişət zəminində nəsə ola bilər”.

Qeyd edək ki, İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı