Yeni Səhifə

Azərbaycanda hibrid avtomobil istehsal edilə bilər - Nazir müavinindən AÇIQLAMA

Tarix:18-02-2020, 15:13 Baxış Sayı:75 Kateqoriya:Cəmiyyət

Azərbaycanda hibrid avtomobil istehsal edilə bilər - Nazir müavinindən AÇIQLAMA"Nazirlər Kabinetinin ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə verdiyi qərar hökümət tərəfindən bu sahəyə ciddi dəstəkdir”.

yenisehife.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O vurğulayıb ki, Azərbaycanda avtomobil sənayesi yenidən qurulur:

"Sovet dönəmində müəyyən işlər görülüb, amma bu işlər avtomobil sənayesi ilə bağlı olmayıb. Azərbaycanda qonşu ölkələrlə birgə həyata keçirilənqurulan avtomobil layihələrinə sahibkarlarin marağı böyükdür. Bununla yanaşı, sahibkarlarla müzakirə edilən digər layihələr də var. Bu sahəyə maraq var və hökümət tərəfindən belə qərarın qəbul olunması maliyyə dəstəyi kimi qiymətləndiriməlidir.

Bu qərar buraxılan avtomobillərin maya dəyərinin azaldılmasına, eyni zamanda sahibkarların bu sahəyə yatırılan investisiyalarının artırılmasına təsir göstərən amildir. Bu, nəinki istehsala, istehlaka da təsir göstərən qərarlardır".

Azərbaycanda hibrid avtomobillərin istehsalı üçün zaman lazım olduğunu deyən nazir müavini bildirib ki, burada kifayət qədər böyük investisiya, texnologiya tələb olunur: "Bu məsələ də gündəmdədir. İqtisadiyyat Nazirliyi həm yerli, həm xarici iş adamları bu məsələləri müzakirə edir.

Buna zaman lazımdır. Bu, ciddi hazırlıq işləri tələb edir. İstehlakçılarda buna ciddi təlabat olmalıdır. Ölkədə istifadə olunan hibrid avtomobillərinin əksəri ikinci əl bazarıdır və ona görə qiymətləri aşağıdır".

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı