Yeni Səhifə

Hökumətdən varlılara ŞOK xəbərdarlıq: Bahalı villalar kütləvi satışa çıxarılır

Tarix:19-02-2020, 11:04 Baxış Sayı:63 Kateqoriya:Cəmiyyət

Hökumətdən varlılara ŞOK xəbərdarlıq: Bahalı villalar kütləvi satışa çıxarılır
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti(ASC) varlıların villaları, onlara məxsus istixanalar və obyektlərin işıq pulu verməkdən yayınması barədə ilginc məlumat yayıb. "Azərişıq"ın mətbuat xidmətindən bildiriblər ki, ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş "Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi proqramı"nda enerji haqlarının yığılmasının 100 faizə çatdırılması üçün "Azərişıq" tərəfindən irimiqyaslı texniki və təşkilati tədbirlər görülür.

Məlumatda qeyd olunur ki, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb.

"Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə işimizə maneə olan elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də ciddi narahatlıq yaradır.

Bəzi istehlakçıların, xüsusən də villa, MTK, sənaye və ictimai iaşə obyektləri, hotel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların,xüsusən də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.

Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq-mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyətə məlumatlandırılacaqdır", - deyə məlumatda bildirilir.

Aydındır ki, həm villalar, həm bahalı obyektlər (hotellər də daxil), o cümlədən istixanalar ("parniklər") əsasən imkanlı adamlara, eləcə də məmur-oliqarxlara məxsusdur. Varlıların belə mülklər daha çox paytaxtın "milyonerlər məhəlləsi" kimi tanınan Gənclik və Binəqədi rayonunda "Vorovski" kimi tanınan ərazidə, Badamdar qəsəbəsində, dənizkənarı bağ massivlərində, Novxanı ərazisində yerləşir.

Villaların işıq pulu ödəməkdən ən müxtəlif üsullarla yayınması yeni xəbər deyil. Amma əhali ilə müqayisədə onların işığını kəsmək o qədər də asan məsələ deyil. Bu səbəbdən "Azərişıq"ın xəbərdarlığı o anlama gəlir ki, artıq hökumətin də bu məsələdə "səbir kasası" dolub.

Daşınmaz əmlak bazarı üzrə ekspertlər "Yeni Müsavat"a bu xəbərdarlığı şərh edərkən deyiblər ki, xüsusən ötən ilin sonlarından qiyməti 1 milyon manat və daha yuxarı olan villaların satışa çıxarılması ilə bağlı elanların saytı artıb.

Ekspertlər bahalı əmlakların satışı ilə bağlı elanların çoxalmasını bir neçə səbəblə izah edir. Onun sözlərinə görə, satışa çıxarılan bahalı mülklərin əksəriyyəti sahibinin xərcləri ödəyə bilməməsi, kommunal tariflərin artırılması və digər səbəblərlə bağlıdır:

"O cümlədən bahalı mülklərin bəziləri banklar tərəfindən, bəziləri sahibləri tərəfindən satışa çıxarılır. Həmin mülkü sataraq banka olan öhdəliklərinin bağlanmasında istifadə edirlər.

Bundan başqa, əmlak alqı-satqısına görə vergilərin və kommunal tariflərin artırılması ilə bağlı qərarlar qəbul edilib. Bu da bəzi insanlarda bahalı mülklərə olan marağı azaldıb. Çünki onların saxlanma xərcləri artır. Bəzi insanlar bu səbəblərdən öz bahalı mülklərini satışa çıxarırlar. Eyni zamanda tələb aşağı düşür. Bu da təklifi artırır. Təklif artdıqca qiymətlər azalır. Ümumiyyətlə, son dövrlər ölkədə maliyyə bazarında baş verən proseslər alqı-satqı bazarına təsir edib və alqı-satqı əməliyyatlarının həcmi azalıb".

Ekspertlər deyirlər ki, bahalı əmlaklar əvvəllər elan saytları vasitəsilə satışa çıxarılmırdı, daha çox satıcı və alıcılar öz aralarında danışaraq sövdələşirdilər. Amma son illər qiyməti milyonu ötən əmlakların satışına dair elanların saytlarda, KİV-lərdə yerləşdirilməsi artıb. Bu da onu göstərir ki, indiki şəraitdə alıcı tapmaq üçün onun reklamına ehtiyac var.

Parniklərə gəlincə, iddialara görə, varlı məmur təbəqəsinin Bakının Kürdəxanı, Maştağa, Buzovna, Mərdəkan və Şüvəlan kəndlərində yüzlərlə istixanaları ("parnik") var. Bu istixanalarda isə ən müxtəlif kənd təsərrüfatı məhsulları, o cümlədən xaricə satılan güllər də daxildir. Bu biznes onlara yaxşı pul qazandırsa da, belə görünür ki, tutduqları mövqedən istifadə edərək dövlətin işıq pulunu belə vermək istəmirlər.

Eləcə də hotellərlə bağlı vəziyyət də fərqli deyil. Azərbaycana turist axını var və hotellərin ( əyalətlərdə də) bu işdən qazancları da pis deyil. Amma göründüyü kimi, onlar yaxşı qazansalar da, kommunal borcları ödəmək istəmirlər. Məhz bu səbəbdən də "Azərişıq" indi onlara adlarını açıqlayacağı ilə xəbərdarlıq etmək məcburiyyətində qalıb.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı