Yeni Səhifə

Təhsil Nazirliyi müəllimin sosial şəbəkədə yayılmış açıqlamasına cavab verdi

Tarix:20-02-2020, 16:48 Baxış Sayı:68 Kateqoriya:Cəmiyyət

Təhsil Nazirliyi müəllimin sosial şəbəkədə yayılmış açıqlamasına cavab verdi
Biləsuvar rayonunda yaşayan orta-ixtisas təhsilli ingilis dili müəllimi Elnur Qasımovun sosial şəbəkədə yayılan müraciətində evi ilə işi arasındakı məsafənin 70 km-dən çox olmasının onun üçün çətinliklər yaratdığı bildirilib.
Məsələ ilə bağlı Bizimyol.info-ya Təhsil Nazirliyindən bildirilib ki, Qasımov Elnur Ağaxan oğlu 13.09.2011-ci il tarixində öz razılığına əsasən Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbinə ingilis dili müəllimi təyin edilib.

“Qaydalara müvafiq olaraq, E.Qasımova 15.09.2011-ci il tarixdən 5 il müddətində ilkin yaşayış şəraitinin yaxşılaşdırılması, kirayə haqqının ödənilməsi və sair xərclər üçün əmək haqqına kompensasiya və əlavələr ödənilib.

E.Qasımov 2015-ci ildə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək mümkün 60 baldan cəmi 37 bal (ixtisas üzrə 23 bal, metodika üzrə 14 bal) toplayıb. Hazırda o, Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbində ingilis dili fənni üzrə 23 dərs saatı ilə təmin edilib”,-deyə nazirlikdən bildirilib.

Qurumdan qeyd olunub ki, məlum olduğu kimi, 2014-ci ildən başlayaraq respublika üzrə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerlərinin digər ümumi təhsil müəssisəsinə dəyişdirilməsi hər ilin iyun ayında (tədris ilinin sonunda) mərkəzləşmiş elektron qaydada müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə zamanı müəllimlərin iş yerinin dəyişdirilməsi onların qiymətləndirmə nəticələrinə (yəni, bilik və bacarıq imtahanında qazandıqları ballara) uyğun olaraq aparılır.

“Buna müvafiq olaraq, Biləsuvar rayonu üzrə ingilis dili fənnindən 2018-2019-cu tədris ili üçün keçirilmiş müsabiqə zamanı 5 vakant yer, 2019-2020-ci tədris ili üçün müsabiqə zamanı isə əlavə olaraq 8 vakant yer elan edilib, vakant yerlərə isə müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində təyinat aparılıb. Belə ki, Biləsuvar şəhər Ə. Eynullayev adına 4 nömrəli tam orta məktəbə 53 bal toplamış namizəd, Biləsuvar şəhər N. Nərimanov adına 6 nömrəli tam orta məktəbə 50 bal toplamış namizəd, Xırmandalı kənd C. Məhərrəmov adına 1 nömrəli tam orta məktəbə 47 bal toplamış namizəd, Yuxarı Ağalı kənd A. Abdulov adına ümumi orta məktəbə isə 43 ballı namizəd və digərləri yerləşdirilib.

E.Qasımov 2019-cu ilin oktyabr və dekabr aylarında Biləsuvar Rayon Təhsil Şöbəsinin müdirinin qəbulunda olmuş, ona müəllimlərin yerdəyişmə qaydaları dəfələrlə izah edilib. Bununla belə, E. Qasımov 2018-2019-cu və 2019-2020-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu və yerdəyişmə müsabiqələrində ümumiyyətlə iştirak etməyib. Həmçinin qeyd edək ki, E.Qasımov tərəfindən Təhsil Nazirliyinə rəsmi müraciət olunmayıb.

E.Qasımova 2020-ci ildə keçiriləcək növbəti müəllimlərin iş yerinin dəyişdirilməsi (iyun) və ya daha yüksək bal toplamaq üçün işə qəbulu müsabiqəsində iştirak etmək tövsiyə edilib”,- deyə Təhsil Nazirliyindən bildirilib.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı