Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.
Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla "Facebook” hesabında məlumat yayıb.
Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib.
Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Həmidov daha sonra "Bakı City Hospital”a yerləşdirilmişdi.