Qarabag Media

MƏCBURİ KÖÇKÜN STATUSUNDAN SUİ-İSTİFADƏ HALLARI NARAZILIQ YARADIR

Tarix:2-03-2020, 14:13 Baxış Sayı:152 Kateqoriya:Cəmiyyət

MƏCBURİ KÖÇKÜN STATUSUNDAN SUİ-İSTİFADƏ HALLARI NARAZILIQ YARADIR
MƏCBURİ KÖÇKÜN STATUSUNDAN SUİ-İSTİFADƏ HALLARI NARAZILIQ YARADIR

Bu günlərdə Bakının Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində övladına həm fiziki, həm də psixoloji təsir göstərildiyini iddia edən Zəngilanlı məcburi köçkün Quliyeva Ərkinaz Xalıqverdi qızının adından “Dəryaz” qəzetinin redaksiyasına video-material göndərib. Videogörüntülərdən aydın olur ki, məktəbdə şagird döşəmə silir. Valideynin iddiasına görə, övladı məhz müəllimləri tərəfindən buna məcbur edilib.

Fakt üzrə araşdırma aparmaq məqsədilə 2 saylı Uşaq Evinin direktoru Sevda Hacıyeva ilə telefon əlaqəsi saxlayıb məsələyə münasibət bildirməsini istədik. Şikayətçinin adını eşidən kimi səsindən acıqlandığı hiss olunan xanım direktor həmin valideyn barədə bizə heç nə deyə bilməyəcəyini, problemlə bağlı artıq ilin əvvəlindən bir dəfə “Yeniavaz.com” saytına açıqlama verdiyini, həmin açıqlamada ifadə etdiyi mövqedə qaldığını bildirdi və bu mövzuda söhbəti davam etdirməkdən imtina etdi.

Adı çəkilən saytda getmiş yazı ilə tanış olduqdan sonra bu qənaətə gəldik ki, valideynlə uşaq evinin direktoru və müəllimləri arasında ixtilafların kökü xeyli əvvələ gedib çıxır. Başqa valideynlər direktor və tərbiyəçilərdən narazı olmadıqları halda Ərkinaz Quliyeva dəfələrlə onlardan polisə, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə şikayətlər edib, hətta bir nəfər tərbiyəçinin işdən çıxarılmasına nail olub. Ərkinaz Quliyeva Yeniavaz.com-a etiraf edib ki, oğlu, IX sinif şagirdi Quliyev Mirəli Elşən oğlu məktəbdə sürmək üçün velosiped alıb, əlinə də bir telefon verib ki, azyaşlı uşaqları dilə tutsun və onların azyaşlı olduqlarından istifadə etsin , və sözləri onlara diqtə edərək səslərini yazsın.Sosial şəbəkələrdə rəhbərliyi və uşaq evinin kollektivini şantaj etmək üçün müxtəlif social şəbəkələrdə paylaşsın.. Paralel olaraq “Kaspi” liseyində təhsil alan Mirəlinin fənləri mənimsəmə qabiliyyəti aşağıdır. Valideyn bunu oğluna uşaq evində göstərilən ögey münasibətlə əlaqələndirir. Direktorun isə Yeniavaz.com-a verdiyi açıqlamadan belə çıxır ki, Mirəli özü oxumur, valideyn öz uşağı barədə layiq olmadığı halda yüksək fikirdədir və məhz dərslərindəki müvəffəqiyyətsizliyə görə “Kaspi” liseyində onun təhsil almasını maliyyələşdirən şəxs də daha sponsorluq etməkdən imtina edir.

Jurnalist olaraq özümüzün də yaydığımız informasiyaları şərh etmək, öz mülahizələrimizi əlavə etmək haqqımız var. Valideynin öz uşağına telefon alıb məktəbə göndərməsinə gətirdiyi arqument tutaq ki, başa düşüləndir (hərçənd, uşağın o telefonu heç də həmişə yalnız “təyinatı” üzrə istifadə edəcəyinə, dərs vaxtı oyun oynamayacağına, müəllimə qulaq asmaq əvəzinə internetdə informasiyaları izləməyəcəyinə zəmanət də yoxdur). Yaxşı bəs, məktəbdə sürmək üçün övladına velosiped almasına necə haqq qazandırmaq olar?

O da məlum oldu ki, Mirəli Quliyevin davranışında psixi pozuntuların olduğu Psixi Sağlamlıq Mərkəzində təsdiqlənib.

MƏCBURİ KÖÇKÜN STATUSUNDAN SUİ-İSTİFADƏ HALLARI NARAZILIQ YARADIR

Bundan əlavə, 2004-cü il təvəllüdlü Mirəli Quliyev barəsində Suraxanı RPİ İstintaq şöbəsində müvafiq araşdırmalar aparılıb. Azyaşlının uşaq evinin inventar avadanlıqlarını sıradan çıxarması, digər sakinlərə qarşı kobudluq, fiziki təzyiq etməsi və digər xoşagəlməz əməlləri ilə bağlı xüsusatlar istintaqla yoxlanılıb. Azyaşlının cinayət subyekti olmadığı nəzərə alınaraq onun barəsində toplanan materiallar Suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinə göndərilib. Hazırda azyaşlının qanunvericiliyə uyğun olaraq, profilaktikası çərçivəsində maarifləndirilməsi və tərbiyəvi söhbətlərin aparılması tədbirləri diqqət mərkəzində saxlanılmaqla müvafiq işlər davam etdirilir. Polis tərəfindən Ə.Quliyevanın 2 saylı uşaq evində övladının fiziki, psixoloji təsirlərə məruz qalması ilə bağlı iddiaları əsassız sayılıb.

Bizim redaksiyaya təqdim olunan videoda görüntülənən yer süpürən uşaq isə Mirəlinin qardaşı, onunla eyni uşaq evində təhsil alan V sinif şagirdi Muraddır. Video Mirəli tərəfindən çəkilib. Əgər sözügedən müəssisədə vəziyyət Quliyevlərin iddia etdikləri dərəcədə dözülməzdirsə, o halda Mirəlinin telefonunun yaddaşında müəllim və tərbiyəçilərin başqa uşaqlarla da kobud rəftarını əks etdrən görüntülər olmalıdır. Yoxdursa, demək, bu işlərin qardaşların özlərinin qurması, şantaj olmasından şübhələnməyə dəyər.

Araşdırmalarımızı davam etdirərək, uşağına bahalı paltar, velosiped, mobil telefon alan köçkün ailəsinin gəlir mənbələrini müəyyənləşdirməyə çalışdıq. Bu məqsədlə ƏSMM şöbəsinə zəng vurduq. Mərkəz mənsublarından biri Ə.Quliyevanı şantaja meylli adam kimi tanıdığını, heç yerdə işləmədiyini, həm məcburi köçkün kimi, həm də ailə başçısını itirdiyinə görə hər iki uşaq üçün müavinət aldığını, yeni il ərəfəsində dövlət tərəfindən Qobu qəsəbəsində mənzillə təmin olunduğunu, bir sözlə, bütün imtiyazlardan yararlandığını bildirdi.

Dövlətimiz qaçqın və məcburi köçkünlərə diqqət və qayğı göstərir, onların problemlərinin həlli üçün ardıcıl tədbirlər həyata keçirir. Cəmiyyət də bu qəbildən olan insanlara həssas yanaşır. Gəlin razılaşaq ki, bu kateqoriyadan olan bəziləri öz status və imtiyazlarından sui-istifadə edir, əlavə, haqq etmədikləri üstünlüklər qazanmağa çalışırlar. Onlara elə gəlir ki, statusları onlara əməllərinə görə cavabdehlik müstəvisində də “toxunulmazlıq” hüququ verən qalxandır.

Lakin qanun qanundur və onun qarşısında hamı eyni dərəcədə cavabdehdir. Məhz buna görə də statuslarından sui-istifadə edənlər çox vaxt istəklərini həyata keçirmək üçün demaqogiya yolunu seçir, davamlı olaraq yuxarı instansiyalara şikayət xarakterli müraciətlər etməyi vərdişə çevirir, nüfuzlarına xələl gəlməsini, adlarının hallanmasını istəməyən məmurların onların qarşısından çəkildiklərini görüncə, daha da şirniklənirlər. Niyyətləri baş tutmadıqda isə çox vaxt müxtəlif vasitələrlə ictimai rəyi aldatmağa çalışırlar. Buna nail olmaq üçün hazırda ən əlverişli şantaj aləti kimi sosial şəbəkədən istifadə olunur. O da bəllidir ki, çox zaman rəsmi kütləvi informasiya vasitələri də sosial mediaya istinad edərək xəbərlər paylaşırlar. Özünə, oxucusuna, izləyici auditoriyasına hörmət edən KİV belə hallarda diqqətli olmalı, sensasiya xatirinə kökü araşdırılmamış hər materialı yaymamalıdır. Çünki hətta vicdanlı yanlışlıqlardan da heç kəs sığortalanmayıb.

P.S.

O ki, qaldı 2 saylı Uşaq Evinin direktoru Sevda Hacıyevaya. Xanım direktor bilməlidir ki,hər bir idarə müdiri jurnalistin suallarından yayınmamalı və bilməlidir ki,bütün jurnalistlər eyni hüquqa malikdir.Onu da bilməlidir ki, hər bir rəhbər jurnalistlər arasında ayrıseçkiliyə yol verməməli,onların ünvanladığı suallara aydınlıq gətirməlidir.

Məqalədə keçən hər bir kəsin mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq