ABŞ-nin Türkiyədəki səfiri Tomas Barak ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edəcək.
YENISEHIFE.Az xəbər verir ki, diplomat bu barədə mayın 23-də "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib. O, ABŞ-nin Suriyaya qarşı sanksiyalarının ləğvi prosesini dəstəklədiyini qeyd edib.
"Sanksiyaların dayandırılması bizim əsas məqsədimizə - İŞİD-in tam məğlubiyyətinə mane olmayacaq və Suriya xalqına daha yaxşı gələcək üçün bir şans verəcək", - deyə Barak yazıb.