ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.
YENISEHFE.AZ xəbər verir ki, bu barədə ABŞ-nin "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp və Putin Ukraynada davam edən müharibənin dayandırılması məsələsini müzakirə ediblər.
"Mən susmağı üstün tuturam", – nəşr Trampın sözlərindən sitat gətirib.
ABŞ Prezidenti bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün konkret planı olduğunu vurğulasa da, detalları açıqlamayıb.