Yeni Səhifə

Miqrasiya orqanlarına qəbulla bağlı yeni qərar – Bu sahədən suallar düşməyəcək

Tarix:6-03-2020, 15:46 Baxış Sayı:64 Kateqoriya:Cəmiyyət

Miqrasiya orqanlarına qəbulla bağlı yeni qərar – Bu sahədən suallar düşməyəcək
“Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qərar imzalayıb.

Qərarla sənədin 4-cü maddəsinə dəyişiklik edilib.

Qeyd edək ki, müvafiq sənədin 4-cü bəndi müsabiqənin keçirilməsi ilə bağlıdır.

Qərarın əvvəlki variantının 4.4.2-ci yarımbəndində göstərilirdi ki, imtahan suallarına Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 20 sual, qanunvericilik üzrə 50 sual, məntiq üzrə 20 sual, kompüter bilikəri üzrə 10 sual daxildir.

Vüsal Hüseynovun yeni qərarı ilə Azərbaycan tarixi ilə bağlı 10 sual olacaq. Yeni qərara görə, müsabiqədə coğrafiya ilə bağlı suallar düşməyəcək.

Bundan başqa, Azərbaycan dili üzrə də 10 sual salınacaq.

Sənədin 4.5.10-cu yarımbəndinə də dəyişiklik edilib.

Həmin yarımbənddə yazılırdı ki, komissiya üzvləri arasında söhbətlə bağlı fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir.

Yeni qərarla bu yarımbəndin ikinci cümləsi çıxarılıb və aşağıdakı məzmunda 4.5.11-ci yarımbənd əlavə edilib:

“Söhbətin gedişi protokolla rəsmiləşdirilir. Protokolda namizədə verilmiş bütün suallar, onların cavabları və qiymətləndirilməsi qeyd edilir”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı