Türkiyədə yaşayan məhşur iş adamı Mübariz Mənsimov həbs olunub.
Bizimyol.info xəbər verir ki, “Hürriyet”in verdiyi məlumata görə, "Forbes"in siyahısında dünyanın 500 ən varlı adamının arasında yer alan "Palmali Qrup"un qurucusu Mübariz Mənsimov FETÖ ittihamı ilə həbs olunub.
Mübariz Mənsimov və menecer Nuray Nurcihan Peker ötən gün saxlanılaraq dindiriliblər. İfadələri alındıqdan sonra iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib, Nuray Nurcihan Peker isə sərbəst buraxılıb.