Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Baku City Residence” 50 min manat məbləğində dəstək göstərib.
Şirkət Korporativ Sosial Məsuliyyət fəlsəfəsindən çıxış edərək, xalqınızın sağlamlığının qorunması yolunda irəli sürülən bütün təşəbbüsləri dəstəkləməyi əsas vəzifə və mənəvi borc hesab edir.
“Baku City Residence” (bcr.az) şəhərin prestijli, nəqliyyat vasitələri üçün rahat və əlverişli olan H.Əliyev prospektində yerləşən yeni, müasir yaşayış kompleksidir.