Bakıda 12 yaşlı qız itkin düşüb.
APA-nın məlumatına görə, Sabunçu rayon sakini Mariya Mirasniçevko Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə müraciət edərək, 2008-ci il təvəllüdlü nəvəsi Sima Mirasniçevkonun yaşadıqları evdən çıxdığını və geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.