Bu gündən etibarən “www.evegedirem.info” portalı fəaliyyətə başlayır.
Oxu.Az xəbər verir ki, sözügedən portal xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.
Belə ki, xarici ölkələrdən vətənə qayıtmaq istəyən azərbaycanlılar bu sayt vasitəsilə qeydiyyatdan keçərək növbəyə götürüləcəklər.
Portal bu gün saat 10:00-dan (Moskva vaxtı ilə) etibarən fəaliyyətə başlayacaq. İlkin mərhələdə Rusiyada olan vətəndaşlarımıza diqqət ayrılacaq.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Leyla Abdullayeva portalla bağlı AzTV-də geniş məlumat verib.