Yeni Səhifə

Cəbrayıllı məcburi köçkünlər Milli Məclisə müraciət etdilər - SƏBƏB

Tarix:29-04-2020, 15:28 Baxış Sayı:78 Kateqoriya:Cəmiyyət

Cəbrayıllı məcburi köçkünlər Milli Məclisə müraciət etdilər - SƏBƏB
Cəbrayıldan olan bir qrup məcburi köçkün ziyalılar, yazarlar, Qarabağ müharibəsi veteranları və ictimai fəallar parlamentin spikeri və millət vəkillərinə müraciət ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, müraciətdə deyilir:

Hörmətli sədr, hörmətli millət vəkilləri!

İndiki ağır, ziddiyyətli, sınağa çəkildiyimiz bir durumda hesab edirik ki, Qarabağ problemi dövlətimizin, hər bir vətəndaşımızın diqqətində olmalıdır və diqqətindədir.

Cənab Prezidentin işğalçı Ermənistanla bağlı xarici siyasət müstəvisində elan etdiyi hücum diplomatiyası beynəlxalq hüquqa və sənədlərə, tarixi həqiqətlərə əsaslanır. Biz bunun fərqindəyik, bütöv xalqımız kimi biz məcburi köçkünlər bu xətti birmənalı şəkildə bəyənir və müdafiə edirik. Ancaq Ermənistan hökuməti, yalanlardan, uydurmalardan əl çəkmədiyi bir yana, işğalçılıq siyasətinin neqativ nəticələrini daha da genişləndirir.

Ermənistan beynəlxalq sənədləri və qaydaları saya salmadan Dağlıq Qarabağda, ətraf rayonlarda, gözümüzün önündə nümayişkaranə şəkildə nələr etmir ki!? Qanunsuz məşkunlaşma, yeni qəsəbələrin salınması, yer adlarının dəyişdirilməsi, azərbaycanlılara məxsus bütün maddi və mənəvi dəyərlərin məhv edilməsi... Şübhəsiz, siz bunlardan xəbərsiz deyilsiniz.

Amma müəyyən səbəblərdən işğalçıya layiq olduğu cavabı verə bilməmişik. Əks halda 30 ildir Ermənistan bu istiqamətdə əməllərini, fəaliyyətini, işğalçılıq siyasətini gündən-günə genişləndirməz, beynəlxalq hüquqa, tarixi həqiqətlərə meydan oxumazdı. Və bizim də ruhumuz, mənəviyyatimiz yenilməz, aşağılanmazdıq. Bu vəziyyətdə mənəvi sağlamlığımızı da lazımi səviyyədə qoruya bilmərik. Mənəvi gərginlik, qəzəb hissi fiziki sağlamlıqla bir araya sığmır.

Artıq ermənilərin bizi həqarət etməsinə dözə bilmirik. İnanırıq ki siz də, bütövlükdə Azərbaycan dövləti də, xalq da ermənilərin bizi aşağılamasına, şərəfimizlə oynamasına dözmür və nə qədər ki gec deyil, tez bir zamanda problemin həllini istəyirsiniz. Bu baxımdan şübhə etmirik ki, siz də 28 ildir aparılan danışıqların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası daxilində nəticə vermədiyi qənaətindəsiniz. Beynəxalq hüquq isə işğalçının qarşısına danışıqlarla, müxtəlif sanksiyalarla, hətta güc təbiqi ilə çıxmağı istisna etmir. BMT nizamnaməsinin 51-ci maddəsində konkret olaraq göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər. Lakin BMT TŞ-nin qətnamələrinə, digər çoxsaylı beynəlxalq qərar və qətnamələrə əməl edilmirsə biz bir dövlət olaraq ərazi bütövlüyümüzü, sərhədlərimizin toxunulmazlığını özümüz təmin etməliyik. Qafqaz regionunda ən güclü sayılan ordumuzun mövcudluğu, beynəlxalq hüquq buna imkan verir. Amma biz hesab edirik ki, bu istiqamətdə çox gecikirik. Həm də hər gün, hər saat gecikirik.

İndiyə qədər ATƏT-in Minsk Qrupunun 28 illik "fəaliyyəti" də, verdikləri təkliflər də heç nəyi dəyişməyib. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması bütün dünya ictimayyətinə bəllidir.

Bildiyiniz kimi, Xocalı, Qaradağlı, Ağdaban və sair soyqırımını əks etdirən sənədlər, fotolar, ümumiyyətlə, işğala məruz qalmış günahsız Azərbaycanın həqiqətləri, bunların baiskarı olan ermənilərin iç üzü 28 ildir ki, dünya ictimaiyyətinə, dünya düzənini formalaşdıran fövqəlgüclərə çatdırılırsa da, bunlar belə ötən müddətdə nəyisə dəyişmədi. Çünki müasir dünya ikili standartlar siyasətinə sədaqətlidir. Hesab edirik ki, yüz illərdi dəyişməyən erməni xislətini və həmin xislətə münasibəti dəyişməyən dünyanı bu yolla dəyişmək mümkün deyil. Belə bir şəraitdə münaqişənin tarixi boyunca problemin parlamentimizdə mütəmadi olaraq ciddi müzakirə olunmaması bizi çox narahat edir.

Hörmətli parlament üzvləri! Sizlərə də aydındır ki, Qarabağı görən nəslin sürətlə tükənməsi, qarşılığında isə işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda sürətli qanunsuz məskunlaşmalar, demoqrafik vəziyyətin ermənilərin xeyrinə dəyişməyə doğru sürətlə irəliləməsi və gələcək üçün daha ciddi problem yaratması münaqişənin həllolunma imkanlarını da böyük ölçüdə tükədir. Bütün bunlar Qarabağı da Zəngəzurun və digər itirilmiş torpaqlarımızın taleyinin gözləməsinə zəmin yaradan faktorlardır. Təcili və təxirəsalınmaz tədbirlər görülməsə yəqin ki, bundan bir neçə illər sonra başqa bölgələrimiz və nəhayət bütövlükdə Azərbaycan hədəfə alınacaq. Bu istiqamətdə durumun günbəgün bizim ziyanımıza dəyişmə sürətini azaltmaq və paralel olaraq problemin həllinə qısa müddətdə nail olmaq üçün təcili tədbirlər görülməlidir.

30 ildir ermənilərin torpaqlarımızı de-yurye özününküləşdirməyinin qarşısını almaq hüququna və qüdrətinə malik olduğumuzu ABŞ-Rusiya-Fransa üçbucağı quranlara kəskin şəkildə bəyan etmək və heç kimdən razılıq gözləmədən dərhal hərəkətə keçmək lazımdır. Biz bunu bu gün etməsək, didərginlik dövründə doğulan övladlarımız o torpaqların sahibi olduğumuzu son 25 ildə Qarabağda doğulan ermənilərə necə sübut edəcəklər? Odur ki, biz dövlət səviyyəsində təcili BMT-yə müraciət edərək ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməli və silahlı qüvvələrimizin gücü ilə Qarabağda geniş antiterror əməliyyatı keçirməklə torpaqlarımızı işğaldan azad etməliyik.

Hörmətli millət vəkilləri! Hesab edirik ki, Qarabağ probleminin MM-də müzakirəsi ilə yanaşı, müharibə şəraitində olan bir ölkə kimi teleməkanımızda, bir sıra mətbuat orqanlarımızda bu problemlə bağlı müşahidə edilən soyuq və biganə münasibətin aradan qaldırılması istiqamətində də təsirli tədbirlər görmək vacibdir.

Hazrda Dağlıq Qarabağ münaqişəsinin həlli və eyni zamanda Qarabağ ətrafı rayonların işğaldan azad olunması ilə bağlı müzakirələr gedir, müxtəlif illərdə hazırlanan sənədlər gündəmə gətirilir, BMT-nin 1990-cı illərdə qəbul etdiyi qətnamələr xatırlanır. Bütün bunlar hakimiyyət üçün də, xalqın hakimiyyətə dəstəyi üçün də imkanlar açır.

Bütün bunları nəzərə alaraq istərdik ki, Milli Məclisdə Qarabağla bağlı komissiya yaradılsın, problem parlamentdə təcili müzakirəyə çıxarılsın, münaqişənin həlli ilə əlaqədar görülən işlər barədə ölkə ictimaiyyəti, dövlət sirri haqda qanunun yol verdiyi həddə mütəmadi olaraq məlumatlandırılsın, problemin köklü şəkildə həllinə imkan yaradan, nəticə verəcək qərarlar qəbul edilsin. Əmin olmağınızı istərdiki ki, bu istiqamətdə dövlətimizin atdığı addımlar tərəfimizdən, bütün məcburi köçkünlər və ümumiyyətlə bütövlükdə Azərbaycan xalqı tərəfindən dəstəklənəcək.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı