Yeni Səhifə

"Vasmoy" bazarına görə Çovdarovla üz-üzə gələn iş adamı bıçaqlandı

Tarix:2-05-2020, 17:19 Baxış Sayı:71 Kateqoriya:Cəmiyyət

"Vasmoy" bazarına görə Çovdarovla üz-üzə gələn iş adamı bıçaqlandı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə çəkişməsində olduğu iş adamı Cəfər Səfərov bıçaqlanıb.

yenisehife.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə aprelin 28-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində baş verib. Qara maskalı şəxslər "Renault” markalı avtomobilini evinin qarşısında park etməyə çalışan 1972-ci il təvəllüdlü Cəfər Səfərova hücum edib. İlkin məlumatlara görə, Cəfər Səfərova hücum edən şəxslər 2 nəfər olub, polis artıq onların izinə düşüb.

Cəfər Səfərov iş adamıdır, 2005-ci ilə qədər xalq arasında "Vasmoy” bazarı kimi tanınan 8-ci kilometr bazarının sahiblərindən olub. Onun adı ölkə mətbuatının gündəminə "MTN işi” üzərindən gəlib. 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində məlum əməliyyat tədbiri keçiriləndən sonra Cəfər Səfərov və qardaşları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə üz tutublar.

Onlar 2020-ci il ləğv olunan MTN-in sabiq idarə rəisi, məlum olaylarla bağlı həbs edilən və aprelin 6-da əfv olunan Akif Çovdarov və Eldar Mahmudovun müavini Hilal Əsədovdan şikayət ediblər.

Sonradan Akif Çovdarova elan olunmuş epizodlardan 2-si məhz 8-ci kilometr ərazisində fəaliyyət göstərən "Maraq-Veqa” şirkətinə məxsus topdansatış bazarının (ərazisi 1,2 hektardır) sahibi olan Səfərov qardaşlarından alınması ilə əlaqədar idi. Bu bazar 2005-ci ildə Akif Çovdarovun şəxsən iştirakı ilə Səfərov qardaşlarından alınıb

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı