Yeni Səhifə

Bakıda "Mall"ların fəaliyyətinə bir şərtlə icazə verilə bilər

Tarix:7-05-2020, 15:12 Baxış Sayı:95 Kateqoriya:Cəmiyyət

Bakıda "Mall"ların fəaliyyətinə bir şərtlə icazə verilə bilər
"Bir neçə iri ticarət mərkəzi və "mall"ların açılmasına icazə vermək olar. Lakin orada bütün dezinfeksiya və təhlükəsizlik tədbirləri həyata keçirilməlidir".

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, ikinci etapda yumşaltmağa getmək lazımdır ki, əhali işləsin və ölkə iqtisadiyyatında çətinlik yaranmasın:

"Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ciddi tədbirlər həyata keçirilib. Ölkə başçısının rəhbərliyi altında Nazirlər Kabinetinin nəzdində Operativ Qərargah yaradılıb. Qərargah isə insanlara daim məlumatlar verir, xəbərdarlıqlar edir. İkinci etapda yumşaltmağa getmək lazımdır ki, əhali işləsin və ölkə iqtisadiyyatında çətinlik yaranmasın. Təəssüf ki, bəzi insanlarımız bunu başa düşmürlər. Mayın 4-dən sonra koronavirusa yoluxanların sayı yenidən artmağa başladı. Buna görə bu məsələdə ehtiyatlı davranmaq vacibdir.

Fikrimcə, bir neçə iri ticarət mərkəzi və "mall"ların açılmasına icazə vermək olar. Lakin orada bütün dezinfeksiya və təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Həm ticarət mərkəzlərinə daxil olanlar, həm də orada işləyən şəxslərin yoluxma riskləri minimuma endirilməlidir. Əks təqdirdə bu, ciddi fəsadlara gətirib çıxara bilər. Amma buna heç kim zəmanət verə bilmir. Yumşaltma prosesi getdiyi müddətdə əgər problemlər üzə çıxırsa, yoluxma sayları artırsa, deməli, bizim insanlarımız bunu yüngül və sadə qəbul edirlər”.

Vahid Əhmədov əlavə etdi ki, əgər yoluxanlarla bağlı azalmalar davam etsəydi, mayın 11-də yumşaltmalar bir qədər artacaqdı: "Əhalinin bu məsələrə biganə yanaşması çox təəssüf doğurur. İnsanlar nə öz sağlamlığını, nə də digərlərinin səhhətini düşünürlər. Şəhərə diqqət etsək, az sayda insan maska taxır, maşınların hərəkəti isə intensivləşib. Dövlət öz üzərinə düşən bütün məsələri faktiki olaraq həll edib. İndi əhalinin buna düzgün yanaşması və yoluxma hallarını azaltmaq üçün addım atması gərəkdir.

Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik edir. Bu dəyişiklik iki oxunuşda qəbul edilib, üçüncü oxunuşda bu qəbul olunacaq. Bununla da kiçik və orta sahibkarlara kifayət qədər güzəştlər ediləcək. Bu məqsədlə ölkə başçısı İlham Əliyev 113 milyon manat vəsait ayırıb. Burada problem ondadır ki, əhali karantin şərtlərinə əməl etmir. Bunun nəticəsində də yoluxma sayı artır”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı