Qarabag Media

Ola bilər ki, müəyyən qüvvələr ölkədə vəziyyəti gərginləşdirmək üçün hərəkətə keçiblər - İDDİA

Tarix:13-05-2020, 11:37 Baxış Sayı:44 Kateqoriya:Cəmiyyət

Ola bilər ki, müəyyən qüvvələr ölkədə vəziyyəti gərginləşdirmək üçün hərəkətə keçiblər - İDDİA
Paytaxtın ən böyük tikinti materialları bazarlarından biri olan “Euro Home”un 5 ay 1 gün fərqlə yenidən yanması olduqca ciddi ittihamların ortaya çıxmasına yol açıb. Yanğından sonra bazara gələn fövqəladə hallar naziri Kəmaləddin Heydərov ticarət obyektinin sahibini hədəf alıb, onu məsuliyyətsizlikdə ittiham edib.

Nazir deyib: ““EuroHome” ilk dəfə yanandan sonra bura dəfələrlə xəbərdarlıq olunub. Obyektin təmiri tam bitməmiş, tərəfimizdən qəbul olunmamış obyektə yenidən mallar qəbul ediblər". Nazir bazar sahibini məsuliyyətsizlikdə günahlandırıb:

“Bu obyekt sahibi nə qədər məsuliyyətsiz insandır ki, özünə aid olan şəxsi bir obyekti bu qədər təhlükəli şəkildə işlədir. Nəticədə sahibkarlara zərər dəyir. Bu hadisədən sonra obyekt haqqında hüquq-mühafizə orqanları daha ciddi tədbir görəcəklər və layiqli cəzasını almalıdır”.

Xatırladaq ki, sözügedən bazarda 2019-cu il dekabrın 10-da da yanğın baş vermişdi.

Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı. Sosial şəbəkələrdə yenə də bazarın qəsdən yandırılması xəbəri dolaşır. İddia olunur ki, bu və digər bazarların yandırılması üzərindən məqsədlərinə çatmaq istəyən qüvvələr var.

Bazarda yanğına elektrikdə qısaqapanma yol aça bilməzdi!

“Yeni Müsavat”a daxil olan özəl məlumata görə, bazarda əvvəlki yanğından sonra elektrik enerjisinin verilməsi qaydaları müəyyən olunub. Həmin qaydalara görə bazarda iş axşam 7-də yekunlaşır, 15 dəqiqə sonra isə mağazalara elektrik enerjisinin verilməsi dayandırılır.

Mayın 11-də də belə olub. Mağaza sahibləri axşam 7-də iş bitəndən sonra bazarı tərk ediblər. Elektrik enerjisinin verilişi də dayandırılıb. 2 saatdan bir qədər artıq vaxt ötəndən sonra mağazalardan birinin damında yanğın başlayıb. Bazarın mühafizəçiləri yanğının qarşısını ala bilməyiblər. Yanğın bazarda 24 saat fəaliyyətdə olan təhlükəsizlik kameralarını da sıradan çıxardığından alovun konkret haradan başlaması, necə inkişaf etməsi səhnəsini aydınlaşdırmaq mümkün olmayıb. Bazara təbii qaz verilmədiyindən yanğının qazdan əmələgəlmə ehtimalı yoxdur. Axşam 8-ə işləmişdən bazardakı mağazalara elektrik enerjisinin verilməsi də dayandırılır. Belə bir halda yanğına səbəb nə ola bilər? “Evro Home” Azərbaycanda yanan ilk bazar deyil. Ölkədə, xüsusilə də paytaxt Bakıda yanmayan bazar tapmaq bu gün çox çətin məsələdir. Bir məqama diqqət edək: paytaxtda minlərlə müxtəlif təyinatlı obyekt var ki, bir dəfə də olsun yanğın təhlükəsi ilə üzləşməyib, amma baxaq görək, ən azı bir dəfə yanmayan bazar var?

“8-ci kilometr” bazarı, “Ramstore” “Diqlas”, “Sədərək”, “Binə”, “Moskva” “Sahil” ticarət mərkəzləri yanıb. 2019-cu ilin martında isə “Diqlas” ticarət mərkəzi yanıb və binanı bərpa etmək mümkün olmadığından sökülüb. Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzi, Şəkidəki “Böyük bazar”da da alov dilləri tez-tez ərşə qalxır.

Ölkədə bazarlar, iri ticarət mərkəzləri, anbarlar, binalar kibrit çöpünə dönüb. Yanğınlar əsasən ölkə həyatında taleyüklü olaylar yaşanan dövrlərə təsadüf etdiyindən daha çox qəsdən yandırılma ehtimalları, iddiaları ortaya çıxır.

“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov deyir ki, ticarət mərkəzlərində, bazarlarda yanğınların sırf təsadüfən, təhlükəsizlik qaydalarına riayət olunmadığına görə qısaqapanma olmasından meydana gəlməsi real görünmür. Çünki indi elektrik şəbəkələri avtomatlara qoşulub. Qısaqapanma olsa belə, dərhal avtomat atır, şəbəkəyə cərəyan verilmir, yanğın da meydana gəlmir. Yəni burada insan səhlənkarlığını cüzi ehtimalla axtarmaq olar. Əsasən maraqların toqquşması nəticəsində belə hadisələrin ortaya çıxması ehtimalı çoxdur. Ticarət mərkəzləri, iri bazarlar əsasən hakimiyyətdə olan qrupların himayəsindədir. Onların arasında daxili çəkişmələr, obyektlərin bir-birinin əlindən alınması uğrunda mübarizə bu cür yanğınlarla nəticələnə bilir.

Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev deyir ki, yanğınların ölkədə iqtisadi sahədə, kadr islahatları, siyasi islahatlar başlayanda meydana gəlməsi müşahidə edilir: “Azərbaycanda müəyyən məmurlar, müəyyən mafioz qruplar ölkə rəhbərliyinə təzyiq göstərmək, islahatlardan diqqəti yayındırmaq üçün belə yollara əl atırlar. Ola bilər ki, müəyyən qüvvələr ölkədə vəziyyəti gərginləşdirməkdən ötrü hərəkətə keçiblər. Artıq müəyyən məlumatlar daxil olur. Qüvvələr var ki, ölkə Prezidentinin apardığı korrupsiyaya qarşı mübarizənin qarşısının alınması üçün müəyyən təxribatlar törətməyə başlayıblar, müəyyən insanların öldürülməsini belə planlaşdırırlar. Bu cür hallara yol verməklə ölkədə qarışıqlıq yaradıb xalqı ayağa qaldırmaq istəyirlər”.

Hafiz Hacıyev mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi qurumda baş verənlərə diqqət çəkib: “Mədəniyyət Nazirliyinin büdcədə payı o qədər də böyük deyil. Oradakı əməliyyatdan sonra göründü ki, milyonlarla büdcə pulunu talayıblar. Xeyli korrupsiya əlaqələrinin üstü açıldı. Bunlar hamısı qohum-quda-kirvədirlər, bir-birinin qohum-qardaşıdırlar. Bu adamlar başa düşürlər ki, başlanan antikorrupsiya əməliyyatları tezliklə onlara da gəlib çatacaq. Ona görə də ölkədə qarışıqlıq yaratmaqla diqqəti başqa səmtə yönəltməyə çalışırlar”.

Hafiz Hacıyev deyir ki, 2013-cü ildə Fəvvarələr meydanında “Əsgər ölümlərinə son!” şüarı altında etiraz aksiyası keçirildi: “Həmin aksiyadan az əvvəl Prezident iqtisadi islahatların anonsunu vermişdi. Həmin aksiyanı kimlər təşkil etdi? Onu bu gün gedən qoca, keçmiş milli təhlükəsizlik naziri və digər qüvvələr təşkil etmişdi. Şabranda, digər rayonlarda baş verən hadisələrin təşkilatçıları da araşdıranda məlum olurdu ki, rayonun polis rəisi, digər səlahiyyətlisidir. Füzulidə də aksiya baş verdi. Məlum oldu ki, təşkilatçı icra nümayəndəsidir. Bu adamların başı gəlib mafioz qüvvələrə bağlanır. Kasıbın, yetimin nə işi gedib bazar yandırsın? Bu baxımdan bu gün ölkədə yanan obyektlərdir, ticarət mərkəzləridir, bunların yanmasında mafioz qrupların rolunu axtarmaq lazımdır. Bu adamlar milyardlar yığıblar, həmin milyardları əllərində saxlamaqdan ötrü ölkəni yandırmağa hazırdırlar. Bu işləri görmək üçün əllərinin altında xüsusi dəstələr, adamlar var. Bu adamlar çalışırlar ki, ölkə Prezidentinin atdığı addımları dayandırsınlar. Hər varianta əl atırlar. Bu gün ölkə Prezidentinin ətrafında səriştəsiz, öz işlərini layiqincə yerinə yetirməyən, ağzı pendir kəsməyən adamlar var. Hansılar ki, Prezidentə üzdə bir şey deyir, arxada başqa iş görürlər. Bu baxımdan biz çox narahatıq. Ölkə Prezidenti bu cür mafioz qruplara qarşı, onların yerdəki nümayəndələrinə, nazir qudalarına, kirvələrinə qarşı tədbirlər görür. Bu adamlar zəncirvari bir-birinə calaq-calaqdırlar. Birinə toxunanda hamısı hərəkətə gəlir. Cənab Prezident bunlara qarşı addımlar atmağa başlayıb, əsl müxalifət rolunu oynamaqla istəyir ki, xalqla hakimiyyət arasındakı narazılıq aradan qaldırılsın. Bunu kimlər edir? Bu gün mədəniyyət nazirinin müavini artistləri yatağa dəvət edib ad verirsə, nazirin özünün bağından dənizə yeraltı kanal çıxırsa, bu adamların yerlərindən tərpədilməsinin təpki ilə qarşılanması da təbiidir. Bu adamların iç üzü açıldıqca onların himayəçiləri, pul verdikləri hərəkətə keçir, ölkədə qarışıqlıq salmağa başlayırlar. Bu gün vəziyyət çox qorxuludur, yanğınlar, ölümlər ola bilər”.
“Yeni Müsavat”

SON XƏBƏRLƏR
Birliyin və həmrəyliyin gücləndirilməsi
COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir
İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
Rusiya ordusu Dneprdəki hərbi zavodu vurub
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq