Yeni Səhifə

İcra başçısının Lənkərandakı mülki ilə bağlı xəbərlərə - AÇIQLAMASI

Tarix:13-05-2020, 17:45 Baxış Sayı:70 Kateqoriya:Cəmiyyət

İcra başçısının Lənkərandakı mülki ilə bağlı xəbərlərə - AÇIQLAMASI
Lənkəran ŞİH başçısı Taleh Qaraşovun və bacısının Bakı şəhərinin Xətai rayonunda Həzi Aslanov qəsəbəsində hansısa villaları, bahalı maşınları olduğu barədə internet saytlarında yayılmış informasiya ilə bağlı bildiririk ki, qeyd olunanlar həqiqətdən tamamilə uzaq fikirlərdir.

yenisehife.az xəbər verir ki, Lənkəran rayon icra hakimiyyətindən bildiriblər ki, belə ki, informasiyada şəkli əks olunmuş ev Taleh Qaraşova məxsus deyil. Eyni zamanda Taleh Qaraşovun bacılarının heç biri Bakı şəhərində yaşamır və heç birinin göstərilən ərazidə evi yoxdur. İcra başçısının oğlu Vüsal Qaraşov isə uzun illər polis orqanlarında nümunəvi xidmət göstərib və başqa sahədə çalışmağı qərara aldığından öz ərizəsi ilə işdən azad olunmuşdur.

Taleh Qaraşovun guya hansısa bahalı maşınlarını satması barədə fikirlər də doğru deyil. İcra başçısının guya bir sıra gizli işlərini müavinin əli ilə görməsi, adlarında çoxlu mülk və obyektlərin olması barədə əvvəllər də sosial şəbəkələrdə təkrar-təkrar yayımlanmış eyni məzmunlu böhtan xarakterli informasiyalara vaxtında rəsmi cavablar verilmiş və qəti şəkildə təkzib olunmuşdur.

İnformasiya resurslarının rəhbərləri hər hansı informasaiyanı yaymamışdan əvvəl qarşı tərəfin mövqeyini öyrənməklə göstərilən faktları bir daha dəqiqləşdirsələr yaxşı olar.

Bu gördüyünüz təmtəraqlı ev Lənkəran rayonunun icra başçısı Taleh Qaraşova məxsusdur. Xətai rayonunda Həzi Aslanov qəsəbəsində yerləşir. Bu villanın qonşuluğunda başçının bacısına məxsus başqa bir villa da yerləşir.

Son həftəyə qədər bu villanın qapısından hər gün 3-4 dənə bahalı avtomobil çıxırdı. DTX-nın müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdikləri əməliyyatlardan dərhal sonra bir çox məmurlar əl-ayağa düşdülər, özlərinə, hərəkətlərinə əl gəzdirdilər. Elə həmin əməliyyatlardan sonra Taleh Qaraşovun qapısından da o bahalı avtomobillər çıxmaz olub. İndi onun özü xidməti BMW avtomobilində, ailə üzvləri isə taksidə gəzməyə başlayıblar. İcra başçısı ilə eyni küçədə yaşayan qonşuların dediyinə görə, başçının bahalı avtomobilləri satılıb.

Müxtəlif xəbər saytlarında Lənkəran icra başçısının adı qəribə qalmaqallarla səslənib. Jurnalist Cavanşir Həsənli yazıb ki, icra başçısının oğlu Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.Bir ildən çoxdur polis orqanlarından qovulub. Sosial şəbəkə istifadəçiləri bölmə rəisi işlədiuyi vaxt Vüsal Qaraşovun insanlara əziyyət verdiyini qeyd ediblər.

Mart ayında isə Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb. Video müraciətdə Taleh Qaraşovun öz gizli işlərini Rəsilə Əlievanın əli ilə gördüyü, Rəsilə Əliyevanın adında isə çoxlu saytda bahalı mülk və obyektlərin olduğu bildirilib.Bizimyol.info

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı