Yeni Səhifə

DTX DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərini niyə həbs etdi? - TƏFƏRRÜAT

Tarix:14-05-2020, 16:58 Baxış Sayı:95 Kateqoriya:Cəmiyyət

DTX DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərini niyə həbs etdi? - TƏFƏRRÜAT
Xəzəri talayan brakonyerlərə şərait yaradanların əməlləri ifşa edildi; əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəislərinin saxlanıldığı bildirilir

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Bu barədə DTX-nın rəsmi saytı məlumat yayıb. Açıqlamada bildirilib ki, hazırda araşdırmalar davam etdirilir, ictimaiyyətə əlavə məlumat veriləcək.

"BakuPost”un əldə etdiyi məlumata görə, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının sahil mühafizə idarələrinin rəisləri saxlanılıb. Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.

Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Musavat.com-a verdiyi məlumata görə, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

O qeyd edib ki, cinayət işinin detalları barədə əlavə məlumat veriləcək.

Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, habelə Su polisinin keçirdiyi mütəmadi reyslər zamanı xeyli sayda qanunsuz ov edən şəxslər cəzalandırılıb. Lakin buna baxmayaraq, brakonyerlər müəyyən şəxslərin himayəçiliyi ilə Xəzəri talamaqda, balıqların kökünü kəsməkdə davam ediblər. Hətta həvəskar balıqçılar, təbiətsevərlər, eko-müfəttişlər qanunsuz ov edənlərin əməllərinin qarşısını almaq istəyən zaman onlar açıq şəkildə kimlərəsə arxayın olduqlarını, "haqqını” verib işlərini gördüklərini dilə gətiriblər və bu kimi faktlar videoçəkilişlərdə də əks olunub. Heç şübhəsiz ki, təhlükəsizlik orqanları özləri də onları izləyərək, çəkilişlər həyata keçiriblər.

Vəziyyət o həddə çatmışdı ki, təbiətsevərlər, həvəskar balıqçılar bu məsələlərə dair dövlət rəhbərliyinə müraciət ünvanlayaraq, Xəzəri talayanların qarşısının alınması üçün kömək istəmişdilər. Nəhayət, ölkə boyunca və bütün müxtəlif strukturlarda cinayətkar şəbəkələrə qarşı əməliyyatlar keçirən Dövlət Təhlükəsizlik Xidməti bu problemin də həllinə qərar verdi. Bu, minlərlə təbiətsevərin alqışına səbəb olan məsələ olmaqla yanaşı, Xəzər canlılarının qorunması, balıq sənayesinin inkişafı üçün olduqca mühüm addımdır.

Məhz brakonyerlərin və onların havadarlarının qanunsuz əməllərinin nəticəsi idi ki, Xəzər sahillərini, Kürün deltasını qanunsuz torlar zəbt etmişdi, balıqlar ilbəil azalmışdı. Xəzərin İran, Türkmənistan, Dağıstan sahillərində balıq bol olduğu halda, Azərbaycan sahillərində qəhətə çəkilməsinin əsas səbəbkarı məhz brakonyerlər və onların vəzifəli havadarlarıdır.

Bu sahədə baş verən cinayət əməllərində söhbət dövriyyəsi hər il yüz milyonlarla manat olan qanunsuz ovdan, habelə Azərbaycanın təbiətinə, Xəzərə vurulan böyük ekoloji ziyandan gedir.

Təbiətsevərlər hesab edir ki, DTX-nın başlatdığı bu prosesdən sonra müvafiq qurumlar habelə bölgələrdə - Şəmkir su anbarında, Kür, Araz sahili bölgələrdə, habelə Şirvan kanalında, müəyyən vəzifəli şəxslərə arxalanaraq, qanunsuz balıq ovu edən, torlarla, elektrik cərəyanı ilə su canlılarının kökünü kəsən şəxsləri və onlara himayədarlıq edənləri də vaxtaşırı cəzalandırmalı, bu məsələni daim diqqətdə saxlamalıdır.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı