Yeni Səhifə

Koronavirus pandemiyası aqrar sektora necə ziyan vurub? - Nazir fermerlərə dəstək verməlidir

Tarix:18-05-2020, 10:45 Baxış Sayı:56 Kateqoriya:Cəmiyyət

Koronavirus pandemiyası aqrar sektora necə ziyan vurub? - Nazir fermerlərə dəstək verməlidir
Koronavirus pandemiyası bir çox sahələrə ziyan vurdu. Problemlər kənd təsərrüfatından da yan keçmədi.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Demək olar ki, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, pandemiyadan ziyan görməsin. Aqrar sahədə isə ən böyük problem sərhədlərin bağlanması və malların dövriyyəsinin aşağı düşməsidir. Ən böyük bazarımız olan Rusiya martın ortalarından sərhədləri bağlayıb və fiziki şəxslər Rusiyaya mal çıxarılmasında maneələrlə qarşılaşırlar. Rusiyada da karantin rejimi davam etdiyindən biz orada da tələbatın azalmasının şahidi oluruq. Bu amil də aqrar sektorumuzun ixracat potensialına mənfi təsir göstərib.

"Fermerlərin əksəriyyəti hər zaman fevral-mart ayını gözləyir ki, mallarını Rusiyada bazara çıxara bilsinlər. Bildiyimiz kimi, Azərbaycan məhsulları Rusiya bazarlarında daha baha satılırdı. Bu səbəbdən ixracatın zəifləməsi fermerlərimizin gəlirlərinə, qazanclarına ciddi mənfi təsir göstərdi. Bu həm də ölkə daxilində əlaqələri zəiflətdi, yəni rayonlararası gediş-gəlişin azalması aqrar sahədə olan məhsulların dövriyyəsinə mənfi təsir etdi", - deyə iqtisadçı əlavə edib.

N.Cəfərli deyir ki, vəziyyətdən çıxış yolu kimi aqrar sektorda məhsuldarlığın artırılması, çoxçeşidli və çoxistiqamətli bazarların tapılması prioritet olmalıdır: "Lokal olaraq dövlət yardımlarının artırılmasından başqa, aqrar sektora ciddi kömək etmək imkanları məhduddur. Dövlətin aqrar sektora uzunmüddətli və faizsiz kreditləri, güzəştləri verməsinə ehtiyac yaranıb. Çünki aqrar sektor ölkənin əsas prioritet sahələrindəndir. Azərbaycan ən azı özünün ərzaq təhlükəsizliyi baxımından aqrar sektorun inkişafında maraqlı olmalıdır. İndiki dövrdə də ziyan dəyən sahələrdən biri kimi aqrar sektora dövlət dəstəyi genişləndirilməlidir".
Xüsusən də tərəvəz ixracatının xeyli dərəcədə azaldığını deyən iqtisadçı bu sahədə fəaliyyət göstərən fermerlərə daha böyük ziyanın dəydiyini vurğulayıb. O deyir ki, bundan başqa, restoran və turizm sahəsinin fəaliyyətinin dayanması da aqrar sahəyə mənfi təsir edib.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev isə Sputnik Azərbaycan-a açıqlamasında görülən işlərin tempinin azalmadığını vurğulayıb: "Kənd təsərrüfatı sahəsində çalışanlar növbəli şəkildə, ara məsafəni gözləmək və lazım olan qoruyucu vasitələrdən isitfadə etməklə sahələrdə qoyulmuş plana uyğun olaraq işlərini davam etdiriblər. Bu işlər davam etdirilməsə, ilin sonuna məhsul olmaz. Bu baxımdan deyə bilərəm ki, hələlik elə bir çətinlik yoxdur".

Həmsöhbətimiz hava şəraitinin təsirləri haqda da danışıb: "Ötən ilin sonunda hava şəraitinin yağmursuz keçməsi və bu ilin fevral-mart aylarında isə əksinə, yağmurlu keçməsi ilə sanki balanslı bir vəziyyət yarandı. Bu baxımdan taxıl zəmilərində, tərəvəzçilik sahələrində də vəziyyət normaldır. Hava şəraitinin kartofçuluq sahəsinə də mənfi təsiri olmadı".

"Hazırda iqlim şəraiti əkin sahələrinə müsbət təsir edir. Lakin qarşıdakı aylarda quraqlığın olub-olmayacağını demək mümkün deyil", - deyə E.Allahverdiyev əlavə edib.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı