Yeni Səhifə

“Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum keçirilib

Tarix:25-05-2020, 16:09 Baxış Sayı:109 Kateqoriya:Cəmiyyət

“Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum keçirilib
DEİK və Caspian European Club-un dəstəyilə təşkil olunmuş "Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum çərçivəsində Azərbaycan və Türkiyə şirkətlərinin COVİD-19 koronavirus pandemiyası dövründə üzləşdikləri məsələ və təkliflər, həmçinin post-pandemiya mərhələsində Azərbaycan və Türkiyə arasında iqtisadi və işgüzar əməkdaşlığın fəallaşdırılması imkanı öyrənilib. "Azərbaycan-Türkiyə” beynəlxalq onlayn B2B forumun moderatoru "Ziraat Bank Azerbaijan”ın idarə heyətinin sədri, Caspian European Club-un idarə heyətinin üzvü Avni Dəmirçi olub.

Üç saat davam edən "Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum çərçivəsində müzakirələrə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özoral, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədr müavini Rüfət Atakişiyev, Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının Avropa birliyinin və xarici əlaqələr üzrə departament müdiri Necati Günaydın, DEİK Türkiyə - Azərbaycan İşgüzar Şurasınn təşkilatın Sədri Selçuk Arkat, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev operativliyə və əməkdaşlığa hazırlığa görə səfirlərə, dövlət qurumlarının və DEİK-in nümayəndələrinə minnətdarlığını bildirib.
"Azərbaycan-Türkiyə münasibətləri hər zaman çox yüksək səviyyədə olub. Dövlət başçılarımızın dostluğu, qarşılıqlı yardıma və əməkdaşlığa hər zaman hazır olmaları iqtisadi göstəricilərdə və türk qardaşlarımızla vahid mövqedən çıxış etdiyimiz bütün platformalarda öz əksini tapır. Caspian European Club-da Türkiyə biznesinin xeyli nümayəndələri var. Onlardan ikisi Klubun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə idarə heyətinin üzvüdür. 2005-ci ildə biz "Caspian Energy” mükafatını o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğana təqdim etməyimizdən böyük qürur duymuşduq. Eyni zamanda ayrı-ayrı illərdə Türkiyənin prezident, baş nazir və nazirlərinin müsahibələri Caspian European Club-un maliyyə dəstəyilə dərc olunan "Caspian Energy” jurnalının səhifələrində çap olunub. Pandemiya dövründə Caspian European Club xüsusi fəallıq nümayiş etdirib. Bizim tərəfimizdən onlayn rejimdə xeyli sayda beynəlxalq sahə B2G və B2B forumları, biznes-treninqlər və təqdimatlar təşkil olunub. Biz türkiyəli partnyorlarımızla daha sıx əməkdaşlıq etmək istərdik. Yaxın vaxtlarda offlayn rejimdə də bu cür görüşlərin keçiriləcəyinə ümid edirik”, - deyə çıxışı zamanı Telman Əliyev qeyd edib.

Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar veriblər.
Caspian European Club tərəfindən yaradılmış beynəlxalq onlayn B2B forumu beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təklifləri ilə bölüşür və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatlarının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar iqlimin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqun stimullaşdırılmasından və bu dialoqlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı