“Karantin rejiminin növbəti dəfə yumşaldılması mühüm əhəmiyyət kəsb edir. Məqsəd əmək fəaliyyətinin mümkün qədər bərpa olunmasıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, insanların qapalı yerlərdə qalması minumuma endirilir:
“Bununla iqtisadi aktivliyi artırmalıyıq, eyni zamanda, özümüzü qorumalıyıq. Bu iki şərti tətbiq etdikdə, həm özümüzü qoruyacağıq, həm də karantin rejimi iqtisadi böhran vəziyyətinə səbəb olmamalıdır”.