Yeni Səhifə

Azərbaycanda koronavirusa qoluxanların sayı niyə artır?- MÜSAHİBƏ

Tarix:29-05-2020, 22:35 Baxış Sayı:36 Kateqoriya:Cəmiyyət

Azərbaycanda koronavirusa qoluxanların sayı niyə artır?- MÜSAHİBƏ
Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayevin Report agentliyinə müsahibəsi:

- Rəsmi rəqəmlərdən də aydın olur ki, Azərbaycanda son günlər koronavirusa yoluxanların sayı artıb. Bunun əsas səbəbi nədir?

- İnsanların səhlənkarlığı və xaricdə yaşayan azərbaycanlıların bir hissəsinin Vətənə qayıtması koronavirusa yoluxanların sayının artmasına səbəb olub. Hətta ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılmasından sonra virusun guya mövcud olmadığına inanlar artmağa başlayıb. Çünki hələ də xəstəliyin siyasi oyun olduğunu düşünənlər var. Mən onları dar düşüncəli insanlar sayıram. Belə siyasi oyun olmaz. Axı bütün dünyada virus alovlanıb. Yəni inkişaf etmiş bu qədər ölkənin rəhbərləri səhv edir?! Hətta deyirlər ki, guya həkimlər ölən şəxsin qohumlarına virusdan vəfat etdiyini yazmaq üçün pul təklif edirlər. Həkimlərin bu qədər çox pulu var? Vicdan bu qədər itirilib?

Hər gün gözümüzün qarşısında çox sayda insanın virusa yoluxduğunu, əziyyət çəkdiyini və dünyasını dəyişdiyini görürük. Əlimizdən gələni edirik ki, insanlar virusa yoluxmasın. Axı nə qədər demək olar ki, sosial məsafəni gözləyin, arada 2 metrlik məsafə saxlayın, zərurət olmadığı təqdirdə qapalı məkanlara getməyin, gigiyena qaydalarına əməl edin, yaxud qoruyucu tibbi maskalardan istifadə edin.

Kimsə bilmədən virusa yoluxub xəstəliyi yüngül keçirə, fərqində olmadan başqasını yoluxdurub onun ölümünə səbəb ola bilər. Bu gün ölkədə koronavirusdan ölənlərin sayı 50-ni keçib. Hər kəs səbəbi yaxşı bilsə də, şübhəli sual verir ki, bunun səbəbi nədir?! Cavab çox sadədir - insanların məsələyə laqeyd yanaşması.

İctimai nəqliyyatda qoruyucu maskalardan istifadənin vacibliyini dəfələrlə qeyd etmişik, ancaq buna əməl edən çox az adam var. Pandemiyanın başlanğıcında virusun sürətlə yayılmasının qarşısını ala bilmişdik. Amma bu gün daxili yoluxmaların sayında kifayət qədər artım var. Hər kəs infeksiyaya qarşı birgə mübarizə aparmalıdır, öz üzərinə düşəni etməlidir. Dövlətimiz insanların yaşam şəraitini asanlaşdırmaq üçün müəyyən yumşalmalara getdi. Ümid edirik ki, yumşalma tədbirləri çərçivəsində insanlarımız da qoyulan tələblərə düzgün əməl edəcəklər. Təəssüf ki, bu gün bunun əksinin şahidi oluruq. O gün televiziyada bir süjetə baxdım, küçədə insanlar sıx şəkildə və qoruyucu tibbi maska taxmadan rahat gəzirlər. Belə olmaz axı!

- Bu artımı ikinci dalğa və ya koronavirusun pik hədd hesab etmək olarmı?

- İkinci dalğa söhbəti yoxdur. İkinci dalğa o zaman ola bilər ki, xəstəlik tamam yoxa çıxır və sonradan tək-tük bir neçə xəstə qeydə alınır. Necə ki, Çində belə olmuşdu. Amma Azərbaycanda bu gün üçün xəstəlik hələ də davam edirsə, bu, ikinci və ya sonrakı dalğalanma deyil.

- Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-də başa çatır. Xəstələrin sayındakı artım mayın 31-dən sonra sərtləşməyə səbəb ola bilərmi?

- Bu barədə indidən dəqiq nəsə deyə bilmərəm. Ölkədəki ümumi epidemioloji vəziyyət təhlil ediləcək və bundan sonra qərar veriləcək ki, rayonlara gediş-gəliş açılsın ya yox. Əgər açılası olsa, belə insanlara tövsiyə ediləcək ki, sosial məsafə mütləq qorunsun və qoruyucu tibbi maskalardan istifadə edilsin. Misal olaraq, taksiyə minəndə belə sürücüdən tələb edilməlidir ki, maska tax. Çünki onu tanımırıq və virusa yoluxmuş ola bilər. Bəzən insanlar ümid edir ki, havalar istiləşdikcə virus yavaş-yavaş məhv olacaq. Amma bu belə deyil. Ona görə də məsələyə laqeyd yanaşmaq qəti olmaz.

- Koronaviruslu xəstələrin müalicə alması üçün ayrılan tibb müəssisələrində çarpayı sayı yetərlidirmi?

- Bu gün üçün xəstəxanalarda çarpayı sayında problemimiz yoxdur. Amma qaydalara ciddi riayət edilməsə və xəstə sayı artsa, Avropanın taleyini yaşaya bilərik. Çünki koronavirus sürətlə yayılır. Həkimlərə və mütəxəssislərə qulaq asmaq lazımdır. Hər yalnış informasiyalara inanmaq məsləhət deyil. Yalnız rəsmi xəbərlərə etibar etmək lazımdır.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı