Yeni Səhifə

BƏZİ KARANTİN ZİDDİYƏTLƏRİ: - Çayxanada toplaşmaq olar, tədris müəssisəsində yox?!

Tarix:2-06-2020, 14:45 Baxış Sayı:67 Kateqoriya:Cəmiyyət

BƏZİ KARANTİN ZİDDİYƏTLƏRİ: - Çayxanada toplaşmaq olar, tədris müəssisəsində yox?!
Azərbaycanda xüsusi karantin rejiminin müddətinin 15 iyuna qədər uzadılması bir sıra problemlərə yol açır. Xatırladaq ki, mayın 31-dən sonra bəzi qaydalar yumşaldılıb, iri ticarət mərkəzləri fəaliyyətə başlayıb və kafe, restoranların iş saatının bitməsi axşam 22:00-a kimi uzadılıb.

Bundan başqa ictimai yerlərdə əhalinin maska taxmamasına görə cərimə məbləği də artırılıb və bəzi yerlərdə əhalinin maska taxması məcburi hesab olunacaq. Parlament bu barədə qanunvericiliyə dəyişiklik edib. Maska taxmamağa görə cərimənin məbləği 50-200 manat arasında dəyişir.

Bununla yanaşı uşaq bağçalarının açılması, repetitorluq və tədris müəssisələrinin fəaliyyətinə məhdudiyyətlər aradan qaldırılmayıb. Operativ Qərargah bildirib ki, belə bir qərarın verilməsi uşaqları çox böyük risk altına qoya bilər, ona görə də, bu, hələ məqbul sayılmır.

Maskaların taxılması ilə qaydalara dair son tələblərdə ibadət yerlərinin qeyd edilməsi ilə bağlı da suallar yaranıb. Hökumətin izahatına görə, hazırkı mərhələdə ibadət yerlərinin açılması gündəmdə deyil. Ümumiyyətlə, qapalı yerlərdə kütləvi toplantıların olması məsələsi hələ ki, yoxdur. Ona görə də idman zallarının açılması da nəzərdə tutulmur. Açıq havada keçirilən idman yarışlarının, tamaşaçıların iştirakı olmadan, təşkilinə icazə verilir.

Operativ Qərargah Bakı, Gəncə, Lənkəran şəhərlərinə gediş-gəlişin bərpa olunmasını, habelə, Naxçıvanla hava əlaqəsinin bərpasını da məqbul saymayıb.

Niyə restoranda toplaşmaq olar, amma tədris müəssisəsində yox?...

Qadağaların bir hissəsinin yumşaldılması, əsasən, toplaşma, hərəkət, tədrislə bağlı hissəsinin saxlanılması cəmiyyətdə müəyyən sualların baş qaldırmasına yol açıb. Real vəziyyətlə müqayisə etdikdə doğrudan da ictimai narazılıqları kifayət qədər əsaslı saymaq olar.

Məsələn, kafelərin, restoranların fəaliyyətinə icazə verilir. Bu qərar müsbət qarşılandı. Çünki həm iş yerlərinin bərpa olunması, bu sahədə çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bərabər, həm də vətəndaşların uzun pandemiya günlərindən sonra istirahətinin təşkili üçün vacib idi.

Amma ritorik sual ortaya çıxır: Kafelər, restoranlar işləyirsə, tədris müəssisələrinin fəaliyyəti niyə bərpa edilmir? Maska taxmaqla, sosial məsafə saxlamaqla dərsləri təşkil etmək niyə təhlükəli olmalıdır?

Məsələn, dünən Daxili İşlər Nazirliyinin yaydığı bir məlumatda bildirilir: "Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmaq, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F.Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb".

Bu məlumatdan çıxan nəticə odur ki, tədris mərkəzləri qoyulan qadağalarla yaşamaq istəmirlər, gizli fəaliyyətə keçməyə məcbur olublar. Bu, əlbəttə tədrisə olan tələbata bağlıdır. Valideynlər göndərməsə, uşaqlar gəlməsə, tədrisi necə təşkil etmək olar?

Təhsil eksperti: "Çayxanalar, restoranlar daha çox virus yaya bilər, nəinki hazırlıq kursları..."

Təhsil eksperti Kamran Əsədov "AzPolitika.info"-ya şərhində bildirib ki, təhsil öz ətrafında 2 milyondan çox şəxsi birləşdirən ölkədə ən böyük sahədir. Ona görə də, yoluxma dairəsi onun sayəsində daha çox ola bilərdi: "Amma ölkədə həyata keçirilən profilaktik tədbirlər nəticəsində koronavirus nəzarət altına alına bildi və ardınca 27 apreldən başlayaraq bir sıra sahələrdə yumuşaldıcı addımlar atılmağa başladı.

Lakin bu yumşaldıcı addımlar təhsil sistemindən, xüsisilə iqtisadiyyata əmək haqqı, vergisi ilə dəstək verən hazırlıq kurslarına, tədris mərkəzlərinə yaxın gəlmədi. Artıq ali məktəblərə qəbul üçün buraxılış imtahanları, növbəti aydan qəbul imtahanları başlayır. Amma şagirdlər 3 martdan etibarən tədris prosesindən kənarda qaldıqları üçün bır sıra bilik və bacarılqarı unudublar.

May ayından etibarən ölkədə kafe, restoran və iri molların fəaliyyətinə icazə verilsə də, tədris müəssisələrinə bu imkanın verilməməsi anlaşılan deyil. Bunun fonunda isə hüquq mühafizə orqanları sanki virusu yayan tədris mərkəzləridir kimi hansısa gizli fəaliyyət adını yapışdırdıqları yerləri ifşa edirlər.

Birincisi, ölkədə ən problemsiz yerlər tədris mərkəzləridir ki, onlar uşaqlara bilik verirlər, onların inkişafına xidmət edirlər. Bu gün çayxanalar, restoranlar daha çox virus yaya bilər, nəinki hazırlıq kursları".

Təhsil eksperti hazırlıq kurslarının fəaliyyətinə icazə verilməməsinin on minlərlə insanın işsiz qalmasına, şagirdlərin biliklərinin azalmasına səbəb olduğunu vurğulayır: "Düzdür, 27 apreldən fərdi qaydada repetiror fəaliyyətinə icazə verilib. Amma necə olur ki, 1 müəllim 1 şagirdə dərs keçəndə virusa yoluxur, amma onlarla adam çayxanada oturanda virusa yoluxmur?

Özəl sektora, xüsusilə ölkədə təhsilin inkişafına xidmət edən özəl təhsil sektoruna qarşı belə mövqe nümayiş etdirmək olmaz. Hüquq mühafizə orqanlarını diqqətli olmağa çağırıram. Gizli fəaliyyət göstərir kimi təqdim etdiyiniz təhsil mərkəzi narkotik yetişdirmir, qaçaqmalçılıqla məşğul olmur. Onlar ölkənin gələcək şəxsiyyətlərinə bilik, savad verirlər. Nazirlər Kabinetinə də müraciət edirəm ki, çayxanalara, restoranlara aid edilən fəaliyyət icazəsini hazırlıq kurslarına, tədris mərkəzlərinə də şamil etsinlər. Bu, ikili standartlardır. Bunun təhsil üçün ağır fəsdları olacaq".

Bakıda işə dönə bilməyən rayon sakini, işsiz qalan taksi sürücüsü nə deyir?

İri şəhərlər arasında hərəkətin məhdudlaşdırılması da kifayət qədər narazılıq yaradır. Qeyd edək ki, şəhərlər arasında hərəkətin bərpa edilməsi təklifi parlamentdə də səsləndirilib. Bəzi deputatlar hazırki qadağaların effektsiz olduğunu bildiriblər. Vətəndaşlar da mövcud durumdan narazıdır.

Gəncədən Bakıya qayıtmaq istəyən Vüsal Nəsibov "AzPolitika.info"ya bildirib ki, iki aydır işsizdir: "Mən Bakıda tikinti firmalarının birində çalışıram. Firma işini bərpa edib, amma mən paytaxta gedə bilmirəm, çünki orada qeydiyyatım yoxdur. Bu işdə də müqaviləsiz çalışıb ailəmə çörək qazanırdım. İndi bütün gəlirdən məhrum olmuşuq. İndi necə olur, mənimlə bərabər çalışan uşaqlar işlərinə davam edirlər, amma mənim kimi rayona qayıdanlar geri dönə bilmirlər. Bu ədalətsiz yanaşmadır".

Şəhərə dönmək, yaxud Bakıdan çıxmaq üçün nəqliyyatın hərəkətinin qadağan olunması da vətəndaşlara zərər vurur. Əvvəllər Bakı ilə rayonlar arasında taksi fəaliyyəti ilə məşğul olan Ərşad Qasımov deyir ki, ölkədə taksi fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazəsi var, amma iş yoxdur: "Gediş-gəliş demək olar, kəsilib. Bakıya gedənlər, yaxud qayıdanlar şəxsi avtomobillərdən istifadə edirlər. Bizə tək-tük müraciətlər olur, amma iki adamla paytaxta getmək sərf eləmir. Ona görə, qiymətləri artırmışıq, bu da bizə əlavə ziyan vurur".

İqtisadçı Rövşən Ağayev: "Bütün ərazilərə sərbəst hərəkət olmaldır"

İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, ümumiyyətlə hərəkət azadlığını məhdudlaşdıran karantin tədbirlərindən qaçmaq lazımdır: "May ayının 18-dək elektron icazə ilə hərəkət azadlığı vardı. Son 2 həftədə bunu da ləğv elədilər. Bu, əlbəttə, pis təsir edir. Bizdə insanların yaşayış yerlərilə iş yerləri fərqli ola bilir. Hərəkət azadlığının pozulması narahatlıqlar və problemlər yaradır. Məsələn, həftəsonları gedib torpağında çalışmaq istəyir, gedə bilmir. Yaxud həm burada, həm rayonda biznesi var. Mən şəxsən onlarla belə insanlar tanıyıram".

R.Ağayev Naxçıvanla əlaqələrin açılmasını da vacib sayır: "Bütün ərazilərə sərbəst hərəkət olmaldır. Yalnız sosial məsafə, maska tələbləri sərt olmalıdır".

Naxçıvanlı deputat: "Bu dəhşətli haldır..."

Naxçıvan Muxtar Respublikası ilə yeganə olan hava əlaqəsinin kəsilməsi də ciddi narazılıqlar yaradıb. Məlumdur ki, son iki onillikdə Muxtar Respublika əhalisinin böyük bir qismi Bakıya miqrasiya edib. Onların bölgədə yaşayan yaxınları, qohumları ilə görüşmək, dəfn mərasimlərinə qatılmaq imkanları yoxdur.

Bu məsələni Naxçıvandan olan deputatlar qaldırıblar. Deputat Eldar İbrahimov modern.az-a bildirib ki, Naxçıvana əvvəlki qrafikdə - bir gündə 4 dəfə olmasa da, xüsusi hallar üçün təyyarə reysləri bərpa olunmalıdır.

E.İbrahimov Naxçıvanın Azərbaycanın bir parçası olduğunu vurğulayıb: “Naxçıvanın ölkənin tərkib hissəsi olduğunu unutmamalıyıq. Bu günlərdə mənə Naxçıvandan olan seçicilər tərəfindən çoxsaylı müraciətlər daxil olur. İnsanlar yaxınlarının dəfnində iştirak edə bilmir. Naxçıvan xarici ölkə, Türkiyə, İran, Rusiya deyil. Naxçıvan Azərbaycandır. Virusun təhlükəsinin də fərqindəyəm, Operativ Qərargahın qəbul etdiyi qərarlardan da məlumatlıyam. Amma bugünlərdə şahidi olduğum iki hadisə məni bu təklifi səsləndirməyə vadar edir.

Təsəvvür edin, ana Naxçıvanda vəfat edib, oğul Bakıdan onun dəfninə gedə bilmədi. Digərinin də atası paytaxtda vəfat etmişdi, övladları Naxçıvandan Bakıya gələ bilmədi. Bu dəhşətli haldır, valideynin ölür və sən onun son nəfəsində yanında ola bilmirsən. İnanın onlar mənə zəng etdilər və biz bir-birimizə qoşulub ağladıq. Bu, elə bir haldır ki, sözlə ifadə etməkdə çətinlik çəkir insan”.

Deputat deyib ki, heç olmasa xüsusi hallar üçün həftədə 1-2 reys təşkil edilməlidir: “Mən demirəm kimsə xeyir işə gedir, onun üçün reys açsınlar, heç ona icazə verməsinlər. Amma şər iş, yas elədir ki, hamımızın başına gələ bilər. Belə hallarda insanları anlamaq lazımdır.

Bakıdan Naxçıvana, Naxçıvandan Bakıya gedənləri həm burda, həm orda karantində saxlamaq artıqdır. Yoxlasınlar, adam sağlamdırsa, onu niyə karantində saxlasınlar, axı biz bir ölkəyik, Naxçıvana qarşı ayrı-seçkilik edilməməlidir".

Yoluxma sayı az olsa da...

Xatırladaq ki, sonuncu dəfə karantin qaydalarına baxılarkən, Naxçıvan MR-lə hava əlaqəsinin yumşaldılması barədə təkliflərə baxılmayıb. Naxçıvan koronavirusa yoluxanların sayına görə ilk sıralarda dayanmasa da, bu fakt nəzərə alınmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, mayın 22-ə qədər MR-də 104 koronavirusa yoluxma faktı qeydə alınıb, 4 nəfərin müalicəsi hazırda davam edir.

TƏBİB sədri əlavə edib ki, bu günə qədər qeydə alınan xəstələr arasında hamilə qadınlar da olub: “Onların arasında bir sıra riskli hamiləliyi olan qadınlar da var idi. Onlardan da ağırlaşma olan xəstə olmayıb”.
"AzPolitika.info"

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı