Yeni Səhifə

Elmar Vəliyevə sui-qəsdi dəstəkləyən şəxsin dəhşətli ƏMƏLLƏRİ - İLGİNC

Tarix:3-06-2020, 16:44 Baxış Sayı:49 Kateqoriya:Cəmiyyət

Elmar Vəliyevə sui-qəsdi dəstəkləyən şəxsin dəhşətli ƏMƏLLƏRİ - İLGİNC
Azərbaycanda qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə ittiham olunan Lənkəran sakini, 1970-cı il təvəllüdlü Nağı Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə,Nağı Ağayev əvvəllər xarici ölkələrdə dini zəmində aparılan silahlı münaqişələrdə döyüş təlimi keçmiş Yunis Səfərov tərəfindən 3 iyul 2018-ci il tarixdə Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşına odlu silahdan atəş açılıb, müxtəlif bədən xəsarətləri yetirilərək qəsdən öldürməyə cəhd edilməklə əvvəlcədən planlaşdırılmış terror aktı törədilmiş, faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ictimaiyyətə bu barədə rəsmi məlumat verilməsinə baxmayaraq 4 iyul 2018-ci il tarixdə istifadəsində olan “Samsung” markalı mobil telefondakı mobil telefon nömrəsində olan “Whatsapp” proqramının “NAQİ” adlı profili ilə öz səsi ilə Yunis Səfərovun terror əməllərinə dəstək ifadə edib.

O, “alo, qardaşlar. Salam aleykum. Deməli, qrajdanin Rosiyyadır. Hökumət adamlarından Rusiyaya xəbər vermək lazımdır, Posolstvaya işçilərinə. Allah bu qardaşın canını salamat eləsin. Belə oğlanlar çox olsa, bizim xeyrimizdir. Hə, ikincisi də ki, bu Mübarizdir, Allah rəhmət eləsin. Onlar da şəhiddir. Sözümüz o deyil. Əsas qəhrəman bu qardaşdır. Yəni birinci yeri belə qardaşlara vermək lazımdır. Çünki bizim cavanların başlarını xarab eliyirlər, ay erməni belə, filan. Erməni bəli düşməndir, torpaq da alınmalıdır. Ancaq erməninin bəhanəsi ilə bunlar vlastda qalır. Erməni bunların kirvələridir. Erməni bunların qardaşlarıdır.

Xalqın balaları dözmürlər, gedirlər ermənilərin üstünə, axırda da ölürlər, gəlirlər. Əsas iş, bunları, bu işdir. Bunların kökün kəsmək lazımdır. Erməni ikinci dərəcəli işdir. Prosto erməni söhbəti ilə bizim başımızı qal eliyiblər. Bu xalqa zülm eliyirlər. Allah o qardaşın canını salamat eləsin. Tezliklə qapısını açsın” məzmunlu səsli mesajı 26 nəfər profil istifadəçisinə göndərib.

Nağı Ağayev Yunis Səfərovun əməllərinə dəstək xarakterli qanunsuz aksiyaların keçirilməsinin vacibliyini ifadə edərək qəsdən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn dövlət əleyhinə açıq çağırışlar etməklə bu cür məzmunlu materialları yayıb.

Bundan başqa, Nağı Ağayev 9 iyul 2018-ci il tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən su kanalının yanından içərisində döyüş sursatları hesab edilən 01 ədəd “F1” tipli əl qumbarası, həmin qumbaraya aid 01 ədəd “UZRQM” tipli alışdırıcı, 30 ədəd 7,62x39 mm kalibrli patronlar və 1 ədəd partlayıcı maddə olan trotil şaşkasını qəsdən qanunsuz olaraq əldə edib yaşadığı Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən evinə qanunsuz olaraq daşıyıb, orada qanunsuz olaraq saxlayıb.

İstintaq orqanı tərəfindən Nağı Ağayevin barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham elan edilib.

Lənkəran rayon Məhkəməsinin hökmü ilə Nağı Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nağı Ağayev apelyasiya şikayəti verib. O, törətmədiyi cinayətə görə məhkum olunduğunu qeyd edib. Nağı Ağayev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Nağı Ağayevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Qərara görə, Nağı Ağayevin şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Nağı Ağayevin cəzası 3 ilə endirilib.
Demokrat.az

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı