“Təəssüflər olsun ki, pandemiyadan ikinci mərhələyə keçdikcə, koronavirusdan əvvəl yaşadığımız normal həyata dönə bilmirik. Çünki bu koronavirusun vaksini yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Sədr bildirib ki, karantin rejimindən mərhələli çıxmalıyıq:
“Bunun üçün qaydalar hazırlanıb, müəssisələrə təqdim olunub. Vətəndaşlar qaydalara riayət etmirlər. Nəticədə bu gün koronavirusa yoluxmada ciddi artan say qarşısındayıq”.