Yeni Səhifə

ATU-nun Onkoloji Klinikasından KORONAVİRUS TƏIHLÜKƏSİ - AÇIQLAMA

Tarix:19-06-2020, 13:50 Baxış Sayı:150 Kateqoriya:Cəmiyyət

ATU-nun Onkoloji Klinikasından KORONAVİRUS TƏIHLÜKƏSİ - AÇIQLAMA
Bir neçə gündür ki, KİV-də ATU-nun Onkoloji Klinikasının həkimi, dosent Fikrət Namazovun və həkim İndira Səfərovanın COVID-19 virusuna klinikada yoluxduğu barədə yanlış informasiya yayılıb. Bu barədə yazılanlara cavab olaraq ATU-nun Mətbuat xidmətindən DİA.AZ-a bildirilib ki, iddialar tamamilə əsassızdır. Əlbəttə tibb işçiləri daim xəstələrlə təmasda olduqlarına görə onların koronavirusa yoluxma ehtimalı daha yüksəkdir. Ancaq bizdə olan məlumata görə bir müddət əvvəl mərhum həkimimiz Fikrət Namazov doğmaları ilə birlikdə tədbirdə iştirak edib. Həmin tədbirdə iştirak edən bir neçə qonaqda koronavirus testi müsbət çıxıb və karantin nəzarətinə götürülüb. Bir müddət sonra Fikrət Namazovda koronavirusun əlamətləri müşahidə edildiyindən həkim müayinə edilib və ATU-nun Tədris Terapevtik Klinikasına yerləşdirilib. Təəssüf ki, aparılmış bütün müalicə tədbirləri effektsiz olub və həmkarımızın həyatını qurtarmaq mümkün olmayıb. Həkim İndira Səfərova isə hamiləliyinin 28-ci həftəsindən etibarən analıq məzuniyyətindədir və artıq 2 aydan çoxdur ki, işə gəlmir. İndira Səfərova hal-hazırda ATU-nun Tədris Cərrahiyə Klinikasında həkim nəzarətindədir və hamiləliyinin 37-ci həftəsindədir. Dölün ana bətnində vəziyyəti tam qənaətbəxşdir.

Əlavə olaraq onu da nəzərə çatdıraq ki, bizim klinikada hələ mart ayından etibarən koronavirusla mübarizəyə xüsusi diqqət yetirilir. Hər gün ATU-nun Onkoloji Klinikasında bütün

qoruyucu tədbirlər görülür, həftədə bir neçə dəfə dezinfeksiya işləri aparılır və bunun üçün geniş spektrli kimyəvi vasitələrindən istifadə olunur.

Həmçinin klinikamızın əməkdaşları – bütün həkim və tibb personalı vaxtaşırı koronavirus testindən keçirilir və bu məsələyə klinikanın baş həkimi Nigar Mehdiyeva şəxsən nəzarət edir.

Pasiyentlərimiz klinikaya daxil olduğu zaman onların hərarəti ölçülür, qoruyucu tibbi maskalardan istifadə etmələrinə ciddi diqqət yetirilir və pasiyentlər arasında sosial məsafə saxlanılır.

Məlumdur ki, müasir dövrdə təbabətin ən aktual problemlərindən biri və bəlkə də birinci onkoloji xəstəliklərdir.

Bu baxımdan xəstəliyin erkən aşkar edilməsi və vaxtında müalicəsi olduqca vacibdir. Ona görə də, əhalidən xahiş edirik ki, hər hansı narahatçılıq olduğu zaman vaxt itirmədən həkiməonkoloqa müraciət etsinlər. Amma əlbəttə ki, son ayların bəlası olan COVID-19-a qarşı özünü və doğmalarını qorumaq şərti ilə. ATU-nun Onkoloji Klinikasının kollektivi sizə ən yüksək səviyyədə xidmət etməyə hər zaman hazırdır.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı