Yeni Səhifə

12 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - Nazirə şikayət olundu

Tarix:26-06-2020, 14:54 Baxış Sayı:348 Kateqoriya:Cəmiyyət

12 saylı cəzaçəkmə müəssisəsində nə baş verir? - Nazirə şikayət olundu
Bakı sakini Bilal Səfərov deyir ki, həbsdə olan qardaşı Röyalın həyatı və sağlamlığı təhlükə altındadır. Bu barədə danışan qardaşının sözlərinə görə, 12 saylı Cəzaçəkmə Müəssisəsində Röyal Səfərovu iyunun 7-dən cərimə təcridxanasına (kars) salıblar və buraxmırlar. B.Səfərov qardaşının işgəncəyə məruz qaldığını bildirir: ​“Qardaşım rejim qaydasını pozubsa, hüquqi formada cəzalandırın. Ona işgəncə verməyə heç kimin ixtiyarı yoxdur. Əlləri qandallı vəziyyətdə asıb, döyüblər. Əvvəl 10 günlük kars cəzası vermişdilər. Vaxt tamam olandan sonra yenə cəzanın müddətini uzadıblar, guya orada da rejim qaydasını pozub. Anlaya bilmirəm ki, bir çarpayı, bir əlyuyan olan yerdə rejim qaydasını necə pozmaq olar?”.

R.Cəfərovun bir neçə başqa dustaqla birlikdə müəssisədə qumar oynadığına görə cəzalandırıldığı iddia olunur. Amma qardaşı deyir ki, müəssisənin rəis müavini xeyli vaxtdır onu Qobustandakı qapalı həbsxanaya göndərəcəyi ilə hədələyir.

B.Cəfərov məsələ ilə əlaqədar Ədliyyə naziri Fikrət Məmmədov, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov, bu qurumun idarə rəisi Mirsaleh Seyidov, Ombudsman Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinə şikayət edib. Onun sözlərinə görə, Penitensiar Xidmətdən deyiblər ki, iyunun 18-də müəssisəyə gedib, şikayəti yerində araşdırıblar: “Deyirlər ki, ərizəsini aldıq, bədəninə baxdıq, xəsarət izi görmədik. Qardaşımın bədənində döymə var. Necə baxılıb ki, bunu görməyiblər? Bunu bizə deyən adama da bildirdim ki, hansı məhbus müəssisə rəhbərliyinin yanında başına gələnləri açıq şəkildə deyə bilər? Çünki yaxşı başa düşür ki, beş dəqiqədən sonra siz gedəcəksiz, onların əlində qalacaq”.

B.Cəfərov əlavə edib ki, günlərdir qardaşının durumu haqqında heç bir məlumat ala bilmirlər. Anası müəssisənin rəis müavini ilə əlaqə saxlasa da, oğlu haqqında heç nə öyrənə bilməyib: “Anama deyir ki, haradan bilim onun anasısan? Anam da deyir ki. mən Sabunçuda yaşayıram, bu türmə də Qaradağ rayonunun Buta qəsəbəsində, iki saatlıq SMS-lə necə gəlim ki, sən məni görəsən? Övladından narahat olan anaya bu nə cavabdır?”.

Qeyd edək ki, 27-yaşlı R.Səfərov 2019-cu ildən həbsdədir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il 3 ay azadlıqdan məhrum edilib. R.Səfərov CM-in 181-ci (quldurluq) maddəsi ilə təqsirli bilinib.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı