Qarabag Media

"Həyat ötən günlər deyil, yadda qalan günlərdir"

Tarix:29-06-2020, 10:28 Baxış Sayı:465 Kateqoriya:Cəmiyyət

"Həyat ötən günlər deyil, yadda qalan günlərdir"
Tümen vilayətinin tanınmış həkimi Kamil Nəzərov

Kamil Nəzərov 20 ildir ki, Rusiya Federasiyasında, Tümen vilayətinin Nefteyuqansk şəhərində yaşayır, həkimdir. Əslən Yardımlı rayonunun Şəfəqli kəndindəndir. Atası Tarverdi kişinin 9 övladı olub, 6 oğlan və 3 qız. Bacıları o dövrlər Yardımlıda qızları oxutmadıqlarına görə istəsələr də təhsil ala bilməyiblər. Oğlanlar isə hamısı ali təhsil alıblar, dördü həkimlik peşəsinə yiyələnib, biri müəllim, sonbeşik isə musiqiçidir. Kamil ailədə uşaqların beşincisi, oğlanlardan isə üçüncüsüdür.

Kamil Nəzərov 25 sentyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəq kəndində dünyaya göz açıb. 1975-ci ildə Şəfəq orta məktəbində 1-ci sinfə gedib və 8-ci sinfə qədər orada oxuyub. Sonra Bakıdakı kimya-biologiya təmayüllü məktəbə daxil olub və 1985-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Elə həmin il yüksək qiymətlərlə Azərbaycan Tibb İnstitutunun müalicə işi fakültəsinə daxil olub. 1993-cü ildə institutu əla qiymətlərlə bitirərək, Akademik Topçubaşov adına Eksperimental Klinik Cərrahiyyə İnstitutunda anestezialogiya üzrə internatura keçib. 1994-cü ildə DİN-in qospitalında anestezioloq işləməyə başlayıb. 1996-cı ildə cəbhə bölgəsindəki hərbi qospitalda qəbul çeşidləmə taqımının komandiri olub. Sonra yenidən DİN qospitalına qaytarılaraq 1997-ci ilin sonuna qədər orada işləyib. 1998-ci ildən həyatını Rusiya Federasiyasının Tümen vilayəti ilə bağlayaraq, bu günə kimi Neftyuqansk şəhərindəki V. İ. Yaçkiv adına Vilayət Klinik xəstəxanasının anestezialogiya və reanimasiya şöbəsində həkim-anestezialoq, reanimatoloq işləyir. Ali dərəcəli həkimdir. Rusiya mama-anestezioloqlar cəmiyyətinin üzvüdür. Buna baxmayaraq Kamil həkim artıq beş ildir ki, sümük və oynaq xəstəlikləri, baş və onurğa beyni sinir xəstəliklərinin müalicəsində toxumadaxili elektroneyrostimulyasiya metodu ilə məşğul olur və çox gözəl nəticələr əldə edir. Bel yırtıqlarının əməliyyatsız müalicəsi və insultdansonrakı parez və plegiyaların bərpasında bu metoddan istifadə edir. O həm də bu metodu reanimasiyada da əzələ yorğunluğu sindromunda tətbiq edir. O vilayətdə bu sahə ilə məşğul olan yeganə həkimdir. Vilayətin ətraf şəhərlərindən Kamil həkimin qəbuluna gəlirlər. Tələbəsi olduğu akademik A.A. Gerasimovun kəşf etdiyi və onun adı ilə adlandırılan Gerasimovun BTЭC (Внутритканевая электростимуляция)-Toxumadaxili elektrostimulyasiya metodu ilə o 2015-ci ildən məşğul olmağa başlayıb və bu metodu yaxşı mənimsəməklə insultdansonrakı parezləri və plegiyaları, miqrenləri, enurez, neyrogen sidik kisəsi sindromu, bronxial astma, artrozlar, piylənmə, polineyropatiyalar və digər xəstəlikləri müalicə edir. Bu sahədə özünün yenilikləri və əlavələrini Yekaterinburqda keçirilən elmi konfransda məruzə edib və mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Əldə etdiyi 3 cihazla Kamil həkim bu metodla gün ərzində 18-25 xəstə qəbul edir. Hər cihazla eyni zamanda 2 xəstə müalicə olunur. Prosedurun müddəti 30 dəqiqədir. Yəni 1 saata 6 xəstə qəbul etmək mümkündür. Fəqərə yırtıqlarının ölçüsü 5-6 mm-dən aşağı olduqda bu metodla müalicə etməklə heç bir əməliyyta ehtiyac qalmır. Kamil Nəzərov keçən il Bakı şəhərində Ultra Med klinikasında qonaq olmuş və 7 gün ərzində 90-a yaxın seans keçirmişdir. Bundan başqa o, 2018-ci il aprelin 28-də dəvət olunduğu Bakı şəhərində keçirilən beynəlxalq konfransda mama anasteziologiyasından mühazirə etmiş və iştirakçıların çox marağına səbəb olmuşdur.

Oxuculara Gerasimov metodu barədə məlumat vermək istərdik. Bu metod 2008-ci ildə kəşf edilərək tətbiq edilməyə başıayıb. TDES (BTЭС) zamanı istifadə olunan cərəyanın parametrləri insan orqanizminin fizioloji cərəyan parametrlərinə uyğun gəlir. Sümük, oynaq, fəqərə xəstəlikləri zamanı yaranan ağrı sindromu sümük və sümüküstlüyündən yayılır. Başqa fiziomüalicələr zamanı istifadə olunan elektrik cərəyanları pataloji ocağa çatana kimi çoxlu maneələrlə rastlaşır (dəri, dərialtı piy təbəqəsi, əzələ, fassiya). Bu metod zamanı verilən cərəyan birbaşa pataloji ocağa verilir )sümük və sümüküstlüyünə). On görə cərəyannın təsiri tez çatır və effekti də uzunmüddətli olur. TDES sümük toxumasında qan dövranını, sümük toxuması strukturunu bərpa edir, qığırdaq toxumasının qidalanmasını yaxşılaşdırır. Ona görə də sümük, oynaq, fəqərə xəstəliklərinin müalicəsində ağrı sindromunu götürərək, pataloji ocağın bərpasında istifadə olunan, yüksək effektliliyə malik bilinən bir prosedur sayılır. Bu metodun effektliliyi 90-95% hesab olunur. Və bu həqiqətən də belədir. Adətən bir xəstəyə 5-7 prosedur bəs edir. Ağrının 70 %-i 1-2 prosedurdan sonra itir.
Kamil həkimin bacarığını nəzərə alaraq xəstəxanada süni böyrək aparatını idarə etməyi də ona həvalə ediblər.

Kamil həkim həm də ictimai işlərlə də məşğul olmağa vaxt tapır. O yaşadığı şəhərdə və eləcə də vilayətdə yaşayan həmyerlilərinin qayğıları ilə yaxından məşğul olur. O 2001-ci ildən azərbaycanlıların diaspor təşkilatının sədr müavinirir. Göstərdiyi xidmətlərə görə Hacı Zeynəlabdin Tağıyev adına mükafata layiq görülüb.

Kamil həkim yaradıcılıqla da məşğul olur, şeirlər, qəzəllər yazır. 200-dən çox şeiri var. 8 mahnı bəstələyib. Bu mahnılardan ikisi populyardır və müğənnilər tərəfindən oxunur.

Kamil həkimin həyat yoldaşı rus olsa da bakılıdır. Tibb bacısıdır. İslam dinini qəbul edib. Ailələrində üç uşaq böyüdüb tərbiyə ediblər, iki oğlan və bir qız. Böyük oğlu və qızı ataları kimi həkimlik sənətini seçiblər. İkisi də tibb universitetinin artıq 6-cı kursunda oxuyurlar. Kiçik oğlanları isə 8-ci sinifdə oxuyur. Skripka ilə məşğul olur. 2018-ci ildə Fransada yeniyetmə skripkaçılar müsabiqəsində birinci yeri tutub.

Beləliklə 90 yaşlı Hacı Tarıverdi kişinin ailəsindən növbəti iki həkim yetişir. Kamil həkimin qardaşı Nazim həkim də tanınmış həkimdir. Nazim həkim uzun müddət Yardımlıda çalışıb və yaxşı həkim kimi ad qazanıb. Bir müddət Yardımlı rayon mərkəzi xəstəxanasının baş həkimi işlədikdən sonra Bakı şəhərinə köçüb. Hazırda Ultra Med klinikasının baş həkimidir. Digər qardaş Aqil həkim-stomatoloq, Emil isə stamatoloq-texnikdir.

Qürbət diyarda ölkəmizi layiqincə təmsil edən Kamil Nəzərova bundan da sonra böyük uğurlar arzulayırıq!

"Qızıl Qələm" Media Mükafatı Laureatı Şəhla Yaşar (Qəmbərova)



"Həyat ötən günlər deyil, yadda qalan günlərdir"

SON XƏBƏRLƏR
“Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Şahbaz Şərif Laçında İlham Əliyevlə görüşündən yazdı
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
Prezidentə təbriklər gəlməkdə davam edir
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib
Qurbanlıq heyvanların satış məntəqələri - Siyahı
Bakıda bir qrup şəxsə MƏNZİL VERİLƏCƏK
İki nüvə dövləti arasında gərginlik: Hava məkanları qarşılıqlı bağlandı
Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya üzrə xüsusi nümayəndəsi olacaq
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar
İlon Maskın Ağ Evlə dostluğunu maraq məhv edib: Milyarder hansı gizli məlumatı əldə etmək istəyib?
BİR XALQIN ÜMİD İŞIĞI ,BİR DÖVLƏTİN DAYAĞI ; Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri , Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi -- Əhməd Cuma oglu Əhmədzadə
heydər əliyev siyasəti gələcəyin təminatidir --FUAD HACIYEV AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADRMİYASINİN DƏYƏRIİİ REKTORU VƏ İDMAN SAHƏSİNDƏKİ LİDER FƏALIYYƏTLƏRİ
Ötən ay sərhəddə 5 milyon manatlıq qaçaqmal tutulub
Fəxrəddin Manafov və İlham Qasımova vəzifə verildi
Ukrayna ordusu Krıma desant hücumuna hazırlayır
İlham Əliyev sərəncam imzaladı
Tramp ermənilərin gözləntilərini puç etdi
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
Rəis müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib
Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb? - ŞƏRH
Bu məşhurlar estetik əməliyyatların QURBANINA çevrilib - VİDEO
Tramp və Putin danışdı
Bakıda yeni yol salınır - 1650 ağac köçürüləcək
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimlərində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər