Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) daha iki nəfər koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilib.
yenisehife.az xəbər verir ki, bu barədə Konkret.az-a AzTV-dən məlumat verilib.
Bildirilib ki, tanınmış idman şərhçiləri Fikrət Adıgözəlli və Rövşən Binnətli koronavirusa yoluxub. Hazırda onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, artıq AzTV-nin iki əməkdaşı COVID-19-dan dünyasını dəyişib. Artqı bütün saytlarda dəfələrlə televiziyada kütləvi yoluxma ilə bağlı xəbərlər dərc edilsə də, rəhbərlik bu məlumatı təkzib edib.
Ötən həftə kanalın iki əməkdaşı da virusun qurbanı olub.