Yeni Səhifə

«Azqranata» və «Modern Qrup»un daha bir rəhbəri - İSTEFA VERDİ

Tarix:7-07-2020, 15:45 Baxış Sayı:229 Kateqoriya:Cəmiyyət

«Azqranata» və «Modern Qrup»un daha bir rəhbəri - İSTEFA VERDİ
Azərbaycanın məşhur şərab imstehsalçısı olan «Azqranata» və onun daxil olduğu «Modern Qrup»un daha bir tanınmış rəhbəri istefa verib.

FED.az xəbər verir ki, ölkənin tanınmış marketinq mütəxəssislərindən biri olan Rafiq Hunaltay bu şirkətlərdəki CEO müavini postunu tərk edib.
Bu barədə o özü məlumat verib: «Nəhayət, 2 illik marafonun sonuna gəldik. 2 il öncə Modern Groupda Biznesin İnkişafı Direktoru olaraq işə başlayıb, daha sonra «Azgranata» Satış və Dağıtım Şirkətinin rəhbəri, «Azgranata» İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərdim. İşdən çıxmağın müsbət tərəfləri çoxdur, amma ən xoşuma gələni çıxanda öyrəndiyin hər şeyi özünlə aparmağındır. Karyera yaddaşımda istər Modern Group, istərsə də Azgranata mənim üçün həm böyük etimadın göstərildiyi, həm də özümə müsbət mənada çox şey qatdığım bir yer olaraq qalacaq. Eyni zamanda şirkət üçün də bilik və bacarıqlarımı maksimum istifadə etdiyimə inanıram. İş həyatımda fürsətdən ancaq aid olduğum yerə, şəxslərə, həmkarlarıma faydalı olmaq üçün istifadə etmişəm. Ona görə də fürsətdən istifadə edib bu 2 il ərzində sıx çalışdığım hər kəsə təşəkkür edirəm»-deyə R.Hunaltay bildirib.

Qeyd edək ki, bu son 1 ayda «Modern Qrup» və «Azqranata»da baş verən ikinci istefadır. İyunu əvvəlində «Azgranata» şirkətinin baş direktoru Anar Bayramov da istehfa verib. «Çox fikirləşdikdən sonra "Azgranata"dan ayrılmaq qərarına gəldim. Artıq qərarımı elan etmişəm, ayın sonuna kimi işləri təhvil verəcəyəm.

8 ildir karyeram əsasən (kiçik ara ilə) "Azgranata" və "Modern Group" ilə bağlı oldu. Hər zaman təsisçilərin etimadını gördüm, əlimdən gələni etdim ki, etimadı doğruldum komandamızla birlikdə. Allaha şükürlər olsun ki, alnımız açıqdır. Gələcək planlarımla bağlı bildirim ki, mənim işim biznes idarəçiliyidir»-deyə A.Bayramov bildirmişdi.

R.Hunaltay da A.Bayramovun komandasına daxil olaraq «Azqranata»nın rəhbərliyinə gətirilən mütəxəssislərdən idi.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı