Yeni Səhifə

199 minlik «direktor əməliyyatı» - İDDİA

Tarix:20-07-2020, 11:50 Baxış Sayı:61 Kateqoriya:Cəmiyyət

199 minlik «direktor əməliyyatı» - İDDİA
Adı mətbuata yaxından tanış olan, təhsillə yaxından-uzaqdan bağlılığı olan şəxslərin yaxşı tanıdığı Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbin direktoru Esmira Ağayeva haqqında olduqca ilginc məlumatlar almışıq. Rubrika.Az-a verilən məlumatlarda özünü Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəfiqəsi (əslində qohumu) adlandıran məktəb direktorunun yeni planları öz əksini tapır.

Öncə xatırladaq ki, E.Ağayeva haqqında media üzərindən qısa araşdırma apararkən onun haqqında xeyli rüşvət,korrupsiya iddiaları ilə rastlaşdıq. Elə Rubrika.Az-a da daxil olan məlumatlarda da bu barədə bəhs olunur. Bildirilir ki, məktəb direktoru müxtəlif adlar altında müəllimlərdən qanunsuz pul toplayır, bayramlarda, əlamətdar günlərdə xüsusi “bayrampayı” alınır.

Ümumiyyətlə E.Ağayevanın məktəbdə despotik idarəetmə üsulu formalaşdırdığı qeyd edilir. Hətta laborantlara, digər texniki işçilərə müəllimlərin səs yazısını yazmağa məcbur edildiyi də bildirilir.

Rubrika.Az-a verilən məlumata görə, məktəbdə olduğu müddət ərzində ancaq kameralar vasitəsilə müəllimləri izləyən direktor onların hər addımından “pul çıxardır”. Hətta müəllimlərə məktəbdə baş verənlərin başqa yerlərdə danışılmayacağı barədə qeyri-rəsmi kağıza imza atdırıldığı da bildirilir. Etiraz edənlər isə incidilirlər. E.Ağayevanın rəhbərlik etdiyi məktəbə 49 min manat rüşvət verərək direktor təyin olunduğunu söyləməsi barədə yəqin ki, bilməyən yoxdur. Özü də buranı özü üçün tramplin hesab edən direktor rəhbərlik etdiyi məktəbi öz “səviyyəsinə” yaraşdırmır. Çünki, dəfələrlə müxtəlif səviyyəli tədbirlərdə səsləndirib ki, buranın kontingenti mənim səviyyəmdə deyil və bilsəydim bir ətək pul sayıb bura gəlməzdim. Həmçinin E.Ağayevanın burada pul toplayıb daha yüksək vəzifəyə getməyə hazırlaşdığı barədə də dəfələrlə məlumat verilib.

Rubrika.Az-a E.Ağayevanın bu bitib-tükənməyən iştahası barədə yeni məlumatlar daxil olub. Qeyd etdiyimiz kimi E.Ağayeva özünü Məhəbbət Vəliyevanın ən yaxın rəfiqəsi kmi təqdim edir. Aldığımız məlumata görə, onlar rəfiqə olmaqdan əlavə eyni zamanda qohumdurlar. Məhz bu qohumluq əlaqələrindən istifadə edən direktor rəhbərlik etdiyi məktəbdə baş verən bir çox olayları-hətta cinayət tərkibli hadisələri gizlədə bilib.

Belə ki, ötən ilin aprelində məktəbdə baş verən bıçaqlanma hadisəsi məhz nazir müavininin müdaxiləsi nəticəsində ört-basdır edilib. Yəqin ki, hüquq-mühafizə orqanları bu barədə daha dərindən araşdırma aparsalar çox mətləblər üzə çıxa bilər.

İndi isə öz yaxın rəfiqəsinin köməkliyi ilə daha prestijli məktəbə direktor gəlməyi hədəfləyən E.Ağayeva paytaxtın 20 saylı məktəbini gözaltı edib. Ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə direktor olmaq üçün E.Ağayevanın qohumuna 150 min manat verdiyi də daxil olan məlumatlar sırasındadır. 49 min manata 214 saylı məktəbi E.Ağayevanın nə vəziyyətə saldığı iddia edilirsə 150 min manta 20 saylı məktəbi hansı günə salacağını düşünəndə adam dəhşətə gəlir.

Baş verənlər Azərbaycan təhsili adına bir utanc hesab olunmalıdır. Qohumların, rəfiqələrin əlbir olub məhv etdiyi təhsil sistemi ağır durumdadır. Üzümüzü təhsilimizin böyük himayədarı Mehriban xanıma tuturuq: Uzun illərdir ki, bilavasitə sizin himayədarlığınız, xüsusi səylərinizlə təhsil sahəsində ciddi islahatlar aparılır. Amma gördüyünüz kimi bir qrup şəxs sizin gördüyünüz işlərə kölgə salmağa, öz şəxsi maraqlarını gerçəkləşdirməyə çalışır. E.Ağayevanın 214 saylı məktəbdə təhsilin keyfiyyətinə, tədrisin vəziyyətinə vurduğu zərbələr yəqin ki,uzun zaman sağalmayacaq. Belə bir şəxsin Məhəbbət Vəliyevanın himayədarlığı ilə paytaxtın ən nüfuzlu bir təhsil ocağına direktor təyin edilməsinə çalışmaq təhsilimizə ikiqat zərbədir. Belə bir hal reallaşarsa bunun fəsadları daha ağır olacaq və onu aradan qaldırmaq mümkünsüzdür. İnanırıq ki, belə bir təhlükənin reallaşmasına yol verilməyəcək, 20 saylı məktəb bu bəladan xilas olacaq!
Rubrika.Az

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı