Qarabag Media

“COVID-19 xəstəsinin qəbul edilməməsinə görə təcili tibbi yardımın günahlandırılması doğru deyil” - AÇIQLAMA

Tarix:21-07-2020, 10:55 Baxış Sayı:57 Kateqoriya:Cəmiyyət

“COVID-19 xəstəsinin qəbul edilməməsinə görə təcili tibbi yardımın günahlandırılması doğru deyil” - AÇIQLAMA
“Təcili Tibbi Yardımdan gün ərzində hər üç saatdan bir bizə xəstəxanalarda olan boş çarpayıların sayı barədə məlumat göndərilir. Çağırış zamanı xəstələrin xəstəxanalara yerləşdirilməsi də bu cədvəl üzrə həyata keçirilir. Həmin gün isə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanada bizdə olan cədvələ əsasən boş yer olub”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev ötən gün bəzi kütləvi informasiya vasitələrində COVID-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının təcili tibbi yardım tərəfindən M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparılaraq, 40 dəqiqə gözlədildikdən sonra vəziyyəti daha da ağırlaşan qadının 1 saylı Şəhər Kliniki Xəstəxanasına yönləndirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, bu məsələdə təcili tibbi yardımın günahlandırılması doğru deyil:

“Həmin gün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında mövcud olan 100 ümumi çarpayıdan 21-i, reanimasiya şöbəsində mövcud olan 20 çarpayıdan isə yalnız biri boş olub.

Pandemiyadan əvvəl də təcili tibbi yardım tərəfindən xəstələrin müvafiq xəstəxanalara çatdırılması prosesi bu şəkildə, əvvəlcədən bizə verilən cədvəl əsasında aparılıb. Ayın 18-də, saat 20:00-da xəstəxanada boş çarpayılar barədə məlumat verilib.

Eyni gün saat 20:47-də təcili tibbi yardım xəstəni M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb, lakin orada xəstəni qəbul etmək istəməyiblər. Xəstə bir müddət xəstəxananın qarşısında gözlədilib. Bu məsələ ilə bağlı isə TƏBİB-dən proseslərin düzgün idarə olunmadığı bildirilib”.

“COVID-19 xəstəsinin qəbul edilməməsinə görə təcili tibbi yardımın günahlandırılması doğru deyil” - AÇIQLAMA

R.Nağıyevin sözlərinə görə, bu, təcili tibbi yardımın qüsuru deyil və onlar bu problemlə ilk dəfə qarşılaşmırlar:

“Çox vaxt bizə verilən cədvəllərin bir mənası olmur. Çünki dəfələrlə olub ki, təcili tibbi yardım çağırışa gedib və xəstəni əvvəlcədən verilən siyahı üzrə xəstəxanaya çatdırıb. Xəstəxanadan isə ya boş yerin olmadığı, ya siyahıda xəstənin adının gəlmədiyi bildirilib.

Təəssüf ki, bu hallarla bir dəfə yox, bir neçə dəfə rastlaşmışıq. Təcili Tibbi Yardımın üzərinə düşən vəzifə xəstəni qısa müddətdə xəstəxanaya yerləşdirməkdir.

Pandemiya dövründə həkimlərin çağırışa xüsusi geyimdə getdiklərini bilirsiniz. Heç bir həkim xəstəni ağır vəziyyətdə xəstəxana-xəstəxana gəzdirmək istəməz. Bu, nə xəstə üçün, nə də o geyimdə həkimlər üçün xoş deyil. İsti hava şəraitində həkimlərimizin o havasız geyimlərin içərisində nə qədər çətinlik çəkdiklərini bilirsiniz”.

“Nəzərə alsaq ki, məlumatlar səhv göndərilib, çarpayılar sayılarkən hər hansı diqqətsizlik olub, yenə də xəstəxananın belə davranış sərgiləməsi doğru deyildir. Ən azından xəstəxana xəstəni qəbul şöbəsinə almalıdır. Xəstənin müşahidə vərəqəsində qeyd olunmalıdır ki, hazırda xəstəxanada yer olmadığı üçün o, başqa tibb müəssisəsinə göndərilir.

Təcili tibbi yardım da xəstəni dərhal başqa tibb müəssisəsinə aparmalıdır. Müəyyən etik qaydalar var. Mən heç kimin mənafeyinə toxunmaq istəmirəm, lakin bizim ünvanımıza işlədilən ifadələri doğru hesab etmirəm və heç bir halda qəbul etmirəm”, - deyə R.Nağıyev əlavə edib.

Xatırladaq ki, COVID-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədli mediaya açıqlamasında üç gündür evdə ambulator müalicə alan nənəsinin vəziyyəti ağırlaşdığı üçün təcili tibbi yardıma müraciət etdiklərini deyib.

N.Əhmədli bildirib ki, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasından əvvəlcə boş yer olduğu bildirilsə də, 40 dəqiqə gözlədikdən sonra bunun əksini ifadə ediblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamada vurğulanıb ki, təcili tibbi yardım özbaşına hansısa xəstəxanaya xəstəni aparıb gözlədə bilməz.

Əgər TTY xəstəni Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb və orada yer olmayıbsa, bu zaman xəstəxana günahkar deyil. Əgər boş yerin olmadığı sonradan bildirilib, koordinasiya olunmayıbsa, bu, spesifik bir haldır və araşdırmalıdır.

SON XƏBƏRLƏR
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir
"Embraer" nümayəndələri AZAL təyyarəsinin qəzasını araşdırmaq üçün Aktauya gediblər 25 5 A-
Əsma Əsəd təcrid olunub
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk AÇIQLAMA
Bu gün Azərbaycanda matəmdir
Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək
Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanda qəzaya uğrayıb
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ ad gününüz mübarək
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Türkiyə Suriyaya ərzaq yardımı göndərdi
Yaxın ŞərqTürkiyə-İsrail toqquşması: Suriyada gözlənilən dəhşətli ssenari
Dünya liderləri İlham Əliyevi təbrik edirlər
Generalın qətlində Baydenin oğlunun əli var
Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİBmaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ AD GÜNÜNÜZ MÜBARƏK CƏNAB PREZİDENT!