Yeni Səhifə

Qurban bayramından gözlədiyimiz: yumşalma olacaq, ya yox? - ARAŞDIRMA

Tarix:29-07-2020, 12:49 Baxış Sayı:1 017 Kateqoriya:Cəmiyyət

Qurban bayramından gözlədiyimiz: yumşalma olacaq, ya yox? - ARAŞDIRMA
Qurban bayramına sayılı günlər qalıb. Bayram günləri - 31 iyul - 3 avqust sərt karantin günlərinə təsadüf etdiyindən bu günlərdə karantin rejiminin yumşaldılıb-yumşaldılmayacağı sual doğurur. Sputnik Azərbaycan Qurban bayramında karantin rejimində hansı dəyişikliyin olacağını araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, Qurban bayramında sərt karantin rejiminin yumşaldılması koronavirusa yoluxma sayını artıra bilər: "Hazırki karantin rejiminin bayram günlərində də davam etməsi daha məqbuldur. Çünki karantin rejimi yumşaldılarsa, bayram günlərində insanlar bir-birilərinə qurban paylamaq, təbrik etmək məqsədilə gedib-gələcəklər. Bu isə yoluxma hallarını, sözsüz ki, artıracaq".

C.İsayev deyir ki, bayram günlərində sms icazənin ləğvinin tərəfdarı deyil: "SMS icazə insanları müəyyən qədər də olsa bir yerə toplaşmaqdan uzaqlaşdırır. Əgər biz sms icazəni ləğv etsək, yenidən hər kəs bir-birinə gedib-gələcək, ehtiyac olmasa da çölə-bayıra çıxacaqlar. Onsuz da son günlər koronavirusa yoluxma sayında artım var. Biz bayram günlərində yumşalmaya getməklə bu riski daha da artırmış olarıq".

Qurban bayramı günlərində qurbanlıq heyvanların da əsasən onlayn satışına üstünlük veriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC -nin mətbuat katibi Mayis Musayev Sputnik Azərbaycan-a bildirib ki, Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq: "Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun olaraq COVİD-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib. Satış yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır.

Qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq. Satışa çıxarılan qurbanlıq qoyunlar sahibkarlar tərəfindən Şimali Qafqaz regionundan gətirilib. Dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyasını nəzərə alsaq, onlayn sifariş vətəndaşların sağlamlığının qorunmasına və satış mərkəzlərində yarana biləcək sıxlığın qarşısının alınmasına xidmət edəcək.

Qurbanlıqların kəsimi islami qaydalara uyğun həyata keçiriləcək. Kəsim məntəqələrində bütün sanitar-gigiyenik qaydalara ən yüksək səviyyədə riayət olunacaq, xidməti personal xüsusi əlcək, maska və baş geyimində fəaliyyət göstərəcək. Həmçinin məntəqələrdə sabun və əl-üz yuma stansiyaları, dezinfeksiya dispenserləri quraşdırılacaq. Vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək. Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna təsdiq bildirişi göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri ünvana yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı kəsilmiş formada hazır əldə edə biləcəklər. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində qeyd edilən satış mənqələrindən götürə biləcəklər".

Heç şübhəsiz ki, Qurban bayramında vətəndaşlar onlayn sifarişlə yanaşı, özləri də qurbanlıq heyvan seçmək üçün satış yerlərinə üz tuturlar. Bu ərəfədə kəsim məntəqələrində sıxlıq yaşanır.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Qurban bayramında polis daha gücləndirilmiş iş rejimində çalışacaq. Karantin tələblərininin pozulmaması üçün bütün heyvan satış və kəsim məntəqələrinə nəzarət gücləndiriləcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Qurban bayramı ilə əlaqədar ayrıca Tədbirlər Planı hazırlanır: "Builki bayram ötənilki bayramlara oxşamaya bilər, çünki koronavirus şəraitindəyik. Amma yeni reallığa uyğunlaşmalıyıq. Hər halda istəmirik ki, bayram əhval-ruhiyyəsi itsin", - o qeyd edib.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı