Yeni Səhifə

Başçının 5 villası var, vətəndaş isə... - Şəkidə acınacaqlı mənzərə...

Tarix:18-09-2020, 12:34 Baxış Sayı:50 Kateqoriya:Cəmiyyət

Başçının 5 villası var, vətəndaş isə... - Şəkidə acınacaqlı mənzərə...
“Ötən gecə şimşək çaxdı, yağış başladı, tez evdən çıxdıq, hərəmiz bir qoşuya qaçdıq. Sağ olsun qonşularımız, heç olmasa belə vaxtlarda bizi evlərinə buraxırlar. Səhər baxdıq ki, evin içərisi su ilə dolub. Vedrə-vedrə götürüb, suyu tökdük çölə. İndi də gözləyirik ki, döşəmə, divar azca qurusun, yığışaq evə…” DİA.AZ bildirir ki, bunu Şəkinin Baş Göynük kəndinin sakini Baba Salmanov deyir. O, dövlətdən evinin təmir-bərpasını, pay torpağında əkin işləri aparılması üçün şərait yaradılmasını, övladlarına və özünə iş tələb edir.

Baba Salmanov kəndin girəcəyindəki ərazidə – özü demişkən, “nuh əyyamından qalmış” uçuq, sökük bir daxmada 9 nəfərlik ailə üzvü ilə yaşayır. Deyir, palçıqdan hörülmüş bu evi azı 50 il əvvəl atası alıb, atasından da ona qalıb. 1 otaqlıdır, ailə üzvlərinin sayı artdıqca, o bir otağın üstündə özü yatmağa yer düzəldib, kənarlarını selofanla sarıyıb: “8 övladım olub, biri elə bu şəraitsizlikdən, soyuqdan öldü, 7 övladım isə ilboyu xəstəliklərlə mübarizə apara-apara böyüdü. Oğlanlarımı evləndirə bilmirəm. Çünki ev, iş yoxdur. Gedirlər Bakıya, daş karxanalarında daş atırlar, qəpik-quruş gündəliyə işləyirlər, onu da sahibkar kəsir, hər dəfə bir bəhanə ilə zəhmət haqqını vermir. Nəticədə, nə ev qura, nə də həyatımıza çəki-düzən verə bilirik… 9 nəfər bir otaqda yatıb-durur. Qızımın ailəsi dağılıb, o da azyaşlı nəvəmlə bizə sığınıb. Uşaq dərsləriylə elə yatıb-durduğumuz bir otaqda məşğul olur”.

Baba Salmanovun sözlərinə görə, dövlət qurumlarının nümayəndələri tərəfindən evə yalnız bircə dəfə baxış keçirilib. O da nəticəsiz qalıb: “5-6 il əvvəl gəlib, baxıb dedilər, bu uşaq da, burda yaşayan yaşlı insanlar da yazıqdır. Bir yer tapıb köçün burdan… Bura xəstəlik mənbəyidir. Hətta, məmurlardan biri dedi: “Bu, nə evdir, mənim tualetim bundan şəraitlidir”. Baxdılar, yazıb-pozdular, dedilər, yenə gələcəyik, gəlmədilər”.

Birotaqlı, uçuq daxma kəndin girəcəyindədir. Baba Salmanov deyir ki, hər dəfə rayon rəhbərliyindən kiminsə yolu kəndə düşəndə, götürüb evə gətirir, vəziyyətlə tanış edir. Ancaq nə faydası? Deyir, vəziyyətimizi görən məmurların hərəsi bir vəd verib, aradan çıxır.

Salmanovlar ailəsi evin yaxınlığındakı kiçik torpaq sahəsində meyvə-tərəvəz əkir, həmin sahədən götürdükləri məhsulla qidalanırlar. Baba Salmanov yenə qonşulara duaçıdır: “Sağ olsunlar, xeyirxah insanlar çoxdur. Oğlanlarım həftələrlə Bakıda daş karxanalarında pulsuz işləyəndə, qonşular ac qalmamağımız üçün bizə ərzaqla yardımçı olurlar. Bir kəndlinin arzusu odur ki, malı-heyvanı olsun, əkin-biçini olsun, bizdə isə bunların heç biri yoxdur. Kənddən 20 kilometr aralıda pay torpağımız olsa da, yol uzaq olduğundan, sahəyə su, gübrə, texnika verilmədiyindən indiyədək əkib-becərə bilməmişik. Dövlət şərait yaratsaydı, kəndliyə verdiyi torpaq istifadəsiz qalmazdı, əkərdik, məhsul götürərdik, dolanardıq, özümüzə şərait qurardıq, ev qurardıq, oğlanlarımızı evləndirərdik, dövlətin yaxasından da sallanmazdıq”.

Baba Salmanov 4 aydır ki, Şəki Rayon Məşğulluq Mərkəzinə ayaq döyür ki, ödənişli ictimai işlərdən birini də ona ayırsınlar. Ancaq ona “boş iş yeri qalmayıb” deyilir: “Rayonda, kəndlərdə kimə baxırsan, hamı işsiz-gücsüz gəzişir, hamı iş axtarışındadır. Kim Məşğulluq Mərkəzinə gedirsə, elə qapıdaca deyirlər, iş yerləri dolub. Hamı da mənim kimi axtarır görsün ki, icra hakimiyyətinin də, Məşğulluq Mərkləzinin də dediyi minlərlə iş yerlərinə götürülənlər kimlərdir?”

Başçının 5 villası var, vətəndaş isə... - Şəkidə acınacaqlı mənzərə...

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı