Yeni Səhifə

Həkim, yoxsa qatil? - Xəstələrin başına min oyun açan bu həkimləri siz də tanıyın - FOTO

Tarix:14-12-2020, 21:38 Baxış Sayı:49 Kateqoriya:Cəmiyyət

Həkim, yoxsa qatil? - Xəstələrin başına min oyun açan bu həkimləri siz də tanıyın - FOTO
İnsanlar daim həkimlərə ən qiymətli olanı etibar ediblər - öz həyatlarını və sağlamlıqlarını. Amma tarixdə elə hadisələr olub ki, şəfa verənlər açıq-aşkar cinayətkarlara çevrilib.

Milli.az tarixin ən amansız və ağılsız həkimlərinin bir neçəsini qısa icmalla dəyərli oxucularına təqdim edir.

Amerikalı həkim-psixiatr Henri Kotton XX əsrin başlanğıcında dəfələrlə ağır xəstələri müşahidə edirdi. Yüksək təzyiqi olan pasiyentlər sayıqlayır, onlarda hallüsinasiyalar olurdu. Bu zaman həkim Henri öz əcaib məntiqlini irəli sürdü: o belə qənaətə gəldi ki, psixi xəstəliklərin səbəbi müxtəlif orqanlarda infeksiyaların olması ilə əlaqədardır.

Həkim Henri öz xəstələrinin müalicəsini onların dişlərinin çıxarılması ilə başladı. Məhz dişlərdə, onun düşüncəsinə görə, adətən naxoşluğun səbəbi "gizlənir". Nəticə əldə olunmayanda, cərrah yumurtalıqları, öd kisəsini, dalağı və s. orqanları tədqiq etməyə başlayır. Əgər bu orqanlardan hansısa normadan sapmış olardısa, dərhal kəsilirdi. Henri Kotton öz metodunun məhsuldarlığına əmin idi. Onun sözlərinə görə, xəstələrin 85 %-i sağalırdı.

Amma həqiqət onun tərəfində deyildi: belə "müalicədən" sonra əksər pasiyentlər ölürdülər. 1907-1930-cu illərdə, həkim Henrinin əməliyyat etdiyi pasiyentlərin yarısından çoxu dünyanı tərk edir.

Yapon ordusu tərəfindən işğal edilmiş Çinin Xarbin şəhərinin ətraflarında, 1932-ci ildə məxfi kompleks açıldı. Kompleks "Dəstə 731" adlanırdı və orada dəhşətli hadisələr baş verirdi. Tədqiqat mərkəzinin əsas məqsədi kimyəvi silahın hazırlaması idi. Bunun üzərində alim-mikrobioloq Siro İsiinin başçılığı altında 3000 insandan ibarət kollektiv işləyirdi.

Bununla yanaşı "Dəstə 731"in həkim-alimləri həm də canlı insanların üzərində bir çox qeyri-insani təcrübə keçirirdilər. Eksperimentatorlar hər hansı, hətta ən qorxunc tibbi suala belə cavab tapmağa çalışırdılar. Bu amansız yollarla yaponlar bildilər ki, insan neçə dərəcəli soyuq şəraitdə yaşaya bilər, hansı yüksək temperatura tab gətirə bilər və s. Bütün bu təcrübələr insan ölümləri ilə əldə olunurdu. Eyni zamanda insanları ölümcül xəstəliklərə yoluxduraraq, onların müalicəsinin mümkün olub-olmadığını əyani surətdə tapmağa çalışırdılar.

İkinci dünya müharibəsi qurtardıqdan sonra "Dəstə 731"in əməkdaşlarının bir çoxu Yaponiyada və başqa ölkələrdə cəzasız qaldılar. Bütün qeyri-insani tədqiqatlara nəzarət etmiş Siro İsii isə ABŞ-a köçərək, bakterioloji silahın hazırlanması istiqamətində orada işini davam etdirməyə başladı.

İkinci dünya müharibəsi illərində nasist Almaniyasında dəhşətli əməlləri ilə məşhur daha bir həkim fəlaliyyət göstərirdi. Osventsim - həbs düşərgəsində Yozef Menqele həkimi hamı tanıyırdı. Bu zahirən ürəyiyumşaq və güləyən insan öz pasiyentlərini ya ölümə göndərir, ya da uzun müddətli əzablara məhkum edirdi.

Onun rəhbərliyi altında insaniyyətdən uzaq ən müxtəlif təcrübələr aparılırdı. Əsirləri axtalayır, ölüm həddinə qədər soyuqda saxlayır, anesteziyasız əməliyyat edir, onlara yad - fərqli rezuslu qan köçürürdülər. "Ölüm mələyi" ləqəbli həkim əkizləri çox sevir və onların üzərində ən amansız təcrübələr keçirirdi. Təcrübələr zamanı 3000 uşaq-əkizdən cəmi 200-ü sağ qalır.

Amerikalı Stabbins Firf hələ yeni-yeni həkimlik oxuyurdu ki, 1793-cü ildə Filadelfiyada "sarı titrətmə" epidemiyası yayıldı. Xəstəlik 5000 insanın həyatına son qoyur və Firf onun yaranmasının səbəblərini öyrənməyə qərar verir. O, fərziyyə irəli sürür ki, bu naxoşluq insandan-insana ötürülmür və o, bu fikrində o qədər əmin idi ki, öz üzərində bir sıra təcrübələr keçirməkdən də çəkinmədi. Xəstələrdən ifrazlar alaraq, öz yaralarına sürtürdü. Doktor Firf bu mayeləri həm də içirdi. O, sağ qalaraq uzun müddət öz kolleqalarını çaşdıra bilmişdi. Yalnız yarım əsr sonra məlum oldu ki, heç də belə deyilmiş, "sarı titrətmə" mığmığalar tərəfindən insandan-insana ötürülür.

Şotlandiyalı Endrü Yur kimyaçı, geoloq, iqtisadçı kimi tarixdə qalıb. Amma Endrü daha çox 1818-ci ildə, qatil və oğru Metyu Klaydsdeylin bədənində keçirilmiş qeyri-adi sınaqla məşhurlaşıb.

Meri Şellinin məşhur kitabındakı doktor Frankenşteyn kimi, Yur da ölünü diriltməyə qərar verir. Ölünün boynuna və ayağına elektrodlar bərkidərək, cərəyan buraxır. Elektrikin təsiri altında ayaqlar hərəkət edir, diafraqma azalırdı. Cərəyanı cəsədin kəllə hissəsinə verəndə isə, gözlər bərəlir, üz tamamilə əyilirdi. Təbii ki, ölü dirilmirdi və tamaşaçılar baş verənləri dəhşət içində seyr edirdilər.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı