Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 05:05-də Dağıstan ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Qazet.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Qeyd olunub ki, maqnitudası 4,7 və dərinliyi 10 km olan zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.