Yeni Səhifə

16 yaşlı oğlu dənizdə boğuldu, dərddən siqaretə qurşandı, əri doğum gününə hazırlaşarkən qollarında can verdi – Dünyasını dəyişən bəstəkarın faciəvi həyatı

Tarix:6-01-2021, 11:19 Baxış Sayı:49 Kateqoriya:Cəmiyyət

16 yaşlı oğlu dənizdə boğuldu, dərddən siqaretə qurşandı, əri doğum gününə hazırlaşarkən qollarında can verdi – Dünyasını dəyişən bəstəkarın faciəvi həyatı
Kulis.az ötən gün dünyasını dəyişən Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli haqqında maraqlı faktları təqdim edir.

Nailə Ağabala qızı Mirməmmədli 1961-ci ildə Bakı şəhərində, "Sovetski"də anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.

***

1985-ci ildə Tusi adına Pedaqoji Universitetində musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə başa vurub.

O, 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb, Tofiq Quliyevin ilk və son tələbəsi olub.

***

Nailə Mirməmmədli bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı olub. Onlar hər ikisi "Sovetski"də yaşayıblar, yanaşı məktəblərdə təhsil alıblar. Anaları bir sinifdə oxuyub, ancaq uşaqlıq illərində heç vaxt rastlaşmayıblar. Nailə xanımı Müəllimlər evində "Xəyal" instrumental ansamblına əsgərlikdə olan Hikmət Mirməmmədlinin yerinə işə götürürlər. Əsgərlikdən qayıdan Hikmətlə birgə işləməli olacağını düşünən Nailə xanım işdən çıxmaq qərarına gəlir, ancaq Hikmət buna razı olmur. Yalnız bir konsertdə birgə işlədikdən sonra o, özünə başqa iş tapacağını deyir. Lakin, iş elə gətirir ki, onlar möhkəm dost olurlar.

Bu dostluq isə sonradan böyük məhəbbətə çevrilir. Günlərin birində isə Hikmət Mirmmədli Nailə xanıma deyir:
"Ad günündə bizimkilər sizə gələcəklər".

***

Lakin Hikmət əsgərliyə getməzdən əvvəl anası və bacısı ona qohumlardan başqa qızı gözaltı edirlər. Onun Nailəyə elçi göndərməsi fikri ailəsi tərəfindən xoş qarşılanmır. Hikmət isə deyir, ya istədiyim qızı alacam, ya da onu götürüb qaçacam.

***

Beləliklə ailələlər onların evlənməsinə qarşı çıxmırlar və onlar ailə qururlar. Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlir.

Nailə Mirməmmədli 2001-ci ildə atasını itirib. 1 il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. Nailə Mirməmmədli oğlunun ölümündə onun dostlarını günahlandırırdı. O, müsahibələrinin birində deyib:

"Dostları hər gün uşağa deyirdilər ki, ana uşağısan, bəsdir evdə oturdun, gedək dənizə. Ad gününə bir həftə qalmışdı. Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, uşaq deyiləm. Getdi dənizə, bir də qayıtmadı".

***

2002-ci ildə 16 yaşlı oğlu Seyid Hüseynin dostları ilə dənizdə çimərkən boğulması xəbəri ailədən ilk olaraq Hikmət müəllimə verilir. O, Nailə xanıma heçnə demədən hadisə yerinə gedir. Oğlunun ölümünə inanandan sonra elə hadisə yerində infarkt keçirir.

Nailə Mirməmmədli ağrılarına görə siqaret çəkdiyini özü dəfələrlə etfiraf eədərək deyib:

"Siqaret çəkməyi mənə Hikmət öyrədib. Adamların arasında çəkən deyiləm. 42 yaşımda oğlumu itirdim. Ondan sonra siqaret çəkməyə başladım. Dərmanlar təsir etmirdi. Daha güclüsünü yazırdılar, yenə xeyri olmurdu. Hikmət özü mənə öyrətdi ki, siqaret səni sakitləşdirə bilər".

***

Hikmətgil ailədə iki bacı, bir qardaş olublar. Onun bacılarından biri on altı yaşında dünyasını dəyişib. Oğlunun da on altı yaşda dünyasını dəyişməsi ilə bəstəkarın bir oğlu, bir qızı qalır. Nailə xanım qızının taleyindən nigaranlıq keçirir. Ona elə gəlir ki, həyat yoldaşının ailəsindəki itkilər onun da ailəsində təkrarlana bilər, bu səbəbdən də o, dördüncü dəfə ana olmaq qərarı verir. Oğlunun ölümündən sonra ailədə daha bir oğlan uşağı Mirələkbər doğulur.

Nailə Mirməmmədlinin bəstələdiyi mahnıların içərisində "Dərd verdin" mahnısı beş il onun siyirməsində qalıb. Oğlu rəhmətə gedəndən sonra həmin mahnını Mətanət İsgəndərli ifa edib. O, mahnını o qədər yanğılı ifa edir ki, hər kəs elə bilir ki, bəstəkar bu mahnını oğlunun ölümünə yazıb.

***

Müsahibələrinin birində Nailə xanım oğlunun ölümündən danışarkən deyir:

"Xeyli vaxt ağladım, oğlumu dəfn edəndə isə ümumiyyətlə özümü ələ ala bilmirdim. Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları Vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım".

2007-ci il mayın 23-də Nailə Mirməmmədlinin ad günü idi. Ailə həm Əməkdar incəsənət xadimi adının alınması, həm də ad günü münasibəti ilə məclis təşkil etmək qərarına gəlir. Ancaq iş elə gətirir ki, mayın 22-də dostlardan birinin ad günündə olan Hikmət Mirmmədli növbəti dəfə infarkt keçirir və Nailə xanımın qolları üstdə dünyasını dəyişir.

***

Nailə Mirmmədli 2021-ci il yanvarın 4-də ürək tutmasından dünyasını dəyişib. "Qurd qapısı" məzarlığında dəfn olunub.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı